Flora Kərimova: “Doğum günümü xüsusi0 qeyd etməyəcəyik”
Azərbaycan estradasının canlı əfsanəsi, xalq artisti Flora Kərimova bu gün 69 yaşını qeyd edir. Doğum günü ilə bağlı Lent.az-a açıqlama verən sənətçi bildirib ki, bu günü xüsusi bir təntənə ilə qeyd etməyəcək: “Çünki oğlumla kürəkənim gəlib çata bilmədi. İnşallah, bir neçə günə Bakıda olacaqlar. Ancaq qızım yanımdadır. Ona görə də xüsusi bir mərasimlə qeyd etməyəcəyik. Sadəcə ailə daxilində ailə üzvlərilə birlikdə keçirəcəyik”.
Flora Kərimova doğum tarixinin pərəstişkarları tərəfindən də unudulmamasından sevinc hissi duyduğunu da dilə gətirib: “Sağ olsunlar, bu dəfə də doğum günümü unutmadılar. Səhər bizə gəlib gül-çiçəklə, hədiyyələrlə məni təbrik etdilər. Həkimə getdiyimə görə, onları evdə qəbul edə bilmədim. Ancaq iyulun 28-i, ya da 29-da pərəstişkarlarımı çay süfrəsinə qonaq edəcəyəm. Ümumiyyətlə, iyul ayı bizim ailəmiz üçün əlamətdardır. Çünki qızımın da doğum günü, nişan və toy mərasimi məhz bu aya təsadüf edir”.
Müğənni onu da bildirdi ki, bir neçə çəkilişi başa çatandan sonra yaxın vaxtlarda gözündəki problemi aradan qaldırmaq məqsədilə əməliyyat olunacaq. Əməliyyat başa çatandan və eynəkdən azad olunandan sonra o, bir neçə yeni klip çəkdirəcək.
Xəyalə

685