Flora Kərimova: “Ailəmin üstündə ləkə qalmasına imkan verməyəcəyəm”- MÜSAHİBƏ
Xalq artisti Flora Kərimovanın APA-ya müsahibəsi
- Bu yaxınlarda müğənni Firuzə İbadova müsahibəsində Sizi hədəfə alıb. Sizcə, buna səbəb nədir?
- Mənim də bu barədə məlumatım var. Guya kiməsə paxıllıq edirəm. Elə Firuzə xanımın özündən soruşmaq lazımdır ki, nəyinə paxıllıq edirəm? Doğrusu, onun müsahibəsi məni çox təəccübləndirdi. İndi Firuzə xanımın çox kövrək vaxtıdır... Ona keçmiş olsun deyirəm. Darıxmasın, hər şey düzələr.
- Biz Sizi ekranlarda, səhnələrdə görmək istəsək də, son vaxtlar sorağınız tez-tez məhkəmələrdən gəlir. Mülki və neçə xüsusi ittiham qaydasında neçə məhkəmə çəkişməniz var?
- Desəm, qorxacaqsınız. Sərxan Kərəmoğlu ilə mülki iş başa çatıb. Cinayət işi isə linqvistik ekspertiza mərhələsindədir. Faiq Ağayevlə olan mülki proses də başa çatıb. Cinayət işi isə rayon məhkəməsi səviyyəsindədir. Faiq Ələkbərovla olan mülki dava da yekunlaşıb, cinayət işi isə yekunlaşmayıb. İlhamə Quliyeva ilə mülki iş hələ araşdırma mərhələsindədir. Bütün bu işlərdə mənim mübarizəm davam edir. Bu tamaşanın kütləvi səhnələrində olan iştirakçılar çox fəallaşıblar. Onları idarə edən kəs nəyin bahasına olursa olsun nəticə gözləyirdi, onları tələsdirirdi. Görünür, mənim üstümdən birdəfəlik xətt çəkmək istəyir. Hər şeyi detalına qədər işləyirlər. Böyük səhvləri isə o oldu ki, onlar mənim xasiyyətimi nəzərə almırlar. Bir müddət aramızda elə söz güləşi oldu. Həvəsə düşərək, o kəsin qarşısında sədaqətlərini sübut etmək üçün əndazəni aşa-aşa mənim üstümə şığıyırdılar. Dözmək mümkün deyildi, amma onlar dayanmırdılar. Bir də ayıldım ki, bu adamlar üçün artıq söz əhəmiyyətsizdir, bunlarla hüquq dilində danışmaq lazımdır. Onda mənim onlara qarşı məhkəmə iddialarım başladı. Mən namusumu ayaqlar altına atmamışam, son nəfəsimə qədər gücüm çatdığı qədər savaşacağam. Balalarımın, ailəmin üstündə ləkə qalmasına imkan verməyəcəyəm.
- Sonuncu hansı prosesdə iştirak etmisiniz?
- Faiq Ələkbərova qarşı xüsusi ittiham qaydasında olan iddiama Binəqədi rayon məhkəməsində baxılıb. Qanun pozuntuları elə ilkin şikayət ərizəmdən başladı.
İlkin şikayət ərizəmi Faiq Ələkbərovun pasport qeydiyyatında olduğu Binəqədi rayon məhkəməsinə vermişdim. Təəssüflər olsun, Binəqədi rayon məhkəməsi ilk vaxtdan mənə qarşı qərəzli mövqe tutaraq şikayətimi Yasamal rayon məhkəməsinə göndərdi. Mülki işdə azmış kimi cinayət işində də ötür-ötür oyunu başladı. Bundan sonra məlum oldu ki, iş həqiqətən Binəqədi rayon məhkəməsinə aiddir, sonra rayon məhkəmələri arasındakı ötür-ötür oyunu keçdi hakimlərə. Nəhayət, iş hakim Maarif Kazımovun icraatına verildi. Burada isə bildirildi ki, guya mənə məhkəmənin 18 noyabr 2009-cu il tarixli və 26 noyabr 2009-cu il tarixli hazırlıq iclasına və sonradan 04 dekabr 2009-cu il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilib, amma mən məhkəmə iclasına gəlməmişəm. Bunu bəhanə gətirərək, ərizəmin qəbul edilməsindən imtina olundu. Halbuki tərəfimdən məhkəməyə təqdim etdiyim 22 dekabr 2009-cu il tarixli PƏŞ-37/1277 saylı 1 nömrəli poçt şöbəsinin məktubu ilə müəyyən olunub ki, 01.10.2009-cu il tarixdən 08.12.2009-cu il tarixə qədər yəni 2 ay 7 gün ərzində onlar cəmi bir dəfə 13.11.2009-cu il tarixdə göndərilmiş məktubu 14.11.2009-cu il tarixində mənə təqdim ediblər. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin bu qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edildi. İş yenidən baxılması üçün hakim Maarif Kazımovun icraatına verildi. Məhkəmə isə son qərarında bildirdi ki, mənim şikayətim əsasında aparılan araşdırma zamanı xüsusi ittihamın təqdim etdiyi sübutlarda “şərəf və ləyaqətimi ləkələyən məlumatların Faiq Ələkbərov tərəfindən yayılması, mənim şərəf və ləyaqətimin Faiq Ələkbərov tərəfindən alçaldılması müəyyən olunmur”. Bu isə onu göstərdi ki, hakim bilərəkdən Faiq Ələkbərovun əməlini və öz vəsatətində belə etiraf etdiyi məqamları ört-basdır etməyə çalışıb.
- Faiq Ələkbərovun vəsatətində nə yazılmışdı?
- Faiq Ələkbərovun yazılı vəsatətində bildirilirdi ki, məhkəməyə xalq artisti İlhamə Quliyevanın notariat qaydada təsdiq olunmuş ərizəsi təqdim olunub. Bu ərizə işin materiallarına daxildir. Faiq Ələkbərov vəsatətində açıq göstərib ki, mənim barədə söylədiyi fikirləri birbaşa İlhamə Quliyeva hazırlayıb: “2005-ci ildən başlayaraq İlhamə Quliyevanın könüllü mətbuat katibi kimi çalışıram. Etiraf edirəm ki, Flora Kərimovanın şikayətinə səbəb olan fikirlər mənim şəxsi fikirlərim və ya mülahizələrim deyil. İlhamə Quliyeva sözügedən ifadələri özü tərtib edib və mənə tapşırıq verib ki, onları KİV-ə çatdırım. Mübahisəyə səbəb olan ifadələri azad, müstəqil, jurnalist olaraq deyil, könüllü mətbuat katibi kimi mətbuata çatdırmağım cinayət əməli kimi yox, sadəcə xidməti vəzifəni icra etmək kimi qiymətləndirilməlidir. Yaranmış halda müstəqil fikir yürüdən bir şəxs kimi deyil, yalnız vasitəçi olduğumdan hesab edirəm ki, xüsusi ittihamçı Flora Kərimova qarşısında Azərbaycan qanunvericiliyi ilə təqib olunan heç bir hüquq pozuntusuna yol verməmişəm. Məhkəmə prosesindən öncə aramızda baş vermiş telefon danışığında xüsusi ittihamçı və onun vəkili mənim Flora Kərimovadan üzr istəməyimi tələb edib. Bu tələbi əsassız hesab edirəm. Çünki bu, dolayısı ilə mənə aid olmayan hərəkəti əsassız olaraq boynuma almaq deməkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən rica edirəm ki, mənə qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işinə xitam verəsiniz”. Məhkəməyə verdiyi vəsatətlə Faiq Ələkbərov öz hərəkətini etiraf etdi. Daha nə lazım idi ki, hakim onu nəzərə alıb ədalətli qərar versin? Faiq Ələkbərovun məhkəmə icraatının başlanmasına səbəb olan vəsatət-etirafı mühüm sübutdur. Hakim isə 12 aprel 2010-cu il tarixində Faiq Ələkbərovun vəsatətinin təmin edilmədiyini, eyni zamanda mənim onun Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında olan şikayətimin icraata qəbul olunması və məhkəmə baxışı təyin edilməsi barədə qərar verib.
Növbəti sübut isə “Sarı” jurnalına 02.12.2008-ci ildə verdiyim müsahibədədir. Orda mən İlhamənin mətbuat katibi Faiq Ələkbərovu da məhkəməyə verəcəyəmi bildirmişəm. Demişəm ki, “Faiq 11.08.2008-ci ildə «Lent.az» saytına göndərdiyi və «İlhamə Quliyevadan aşağılayıcı və təhqiramiz açıqlama» sərlövhəsi ilə yayılan məqalədə dediyi sözlərə görə məhkəmədə cavab verəcək”. Faiq də eyni jurnalın, eyni səhifəsində və sayında mənim dediyim sözləri inkar və etiraz etmədən cavabında «Flora Kərimovanın məni məhkəməyə verməyə haqqı yoxdu. Çünki bu İlhamə xanımın şəxsi fikirləridir və mən də onun mətbuat katibi kimi dediklərini mediaya yaymışam…» deyib. Gördüyünüz kimi, 2008-ci ildə Faiq Ələkbərov “Sarı” jurnalında, 2009-cu ildə isə İlhamə Binəqədi rayon məhkəməsinə ərizəsində, 2010-cu ildə yenə də Faiq Ələkbərov Binəqədi rayon məhkəməsində qaldırdığı vəsatətində eyni fikirləri söyləyiblər. Bu, mənim əleyhimə aparılan kampaniyada İlhamənin əli olduğunu birmənalı təsdiqləyir. Hətta həmin jurnalın eyni sayında Sərxan Kərəmoğlunun “İlhamə Floranın yalandan üzünə durmağımı istədi” sərlövhəli etiraf dolu açıqlaması da var.
Bir neçə kəlmə də İlhamə Quliyevanın ərizəsinin məzmunu barədə demək istəyirəm. İlhamə Quliyevanın Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda notariat qaydasında təsdiqlənmiş ərizəsini Faiq Ələkbərov özü vəkilinin iştirakı ilə məhkəməyə təqdim etmişdi. Ərizədə İlhamə göstərib: “... Qeyd etmək istəyirəm ki, Faiq Ələkbərli mənim mətbuat katibimdir, mənim sözlərimi və mənim fikirlərimi ifadə edib və edir də. Mətbuat katibim mənimlə əlaqədar bütün yazılara mənim adımdan cavab verib. Bu səbəbdən o heç bir məsuliyyət daşımır. Sizdən xahiş edirəm, onun barəsində verilmiş iddia ərizəsini rədd edəsiniz”. Məhz bu ərizəyə əsasən, işi aparan hakim Natiq Abbasov onu ikinci cavabdeh kimi işə cəlb etdi.
Amma vəkili Şəfiqə Nağıyeva İlhamə Quliyevanın məhkəməyə ərizəsində mənim və Faiq Ələkbərova aid etdiyi ifadələri ümumi mənada dediyini sübut etməyə çalışırdı. Halbuki İlhamə Quliyevanın ərizəsi konkret olaraq mənim şikayət ərizəmə cavab idi və konkret məhkəmə instansiyasına ünvanlanmışdı.
Bütün bu təqdim etdiyim sənədlərdən sonra Faiq Ələkbərov işin nəticəsindən arxayın adam kimi məhkəmədə o vəsatəti yazdığını inkar etdi. Dedi ki, guya mən saxta vəsatət tərtib edib onun adından saxta imza atmışam. Amma bu, böhtan idi. Çünki mənim əlimdə onun məhkəməyə təqdim etdiyi və hakim tərəfindən «əsli ilə düzdür» yazılaraq imzalanmış, məhkəmə möhürü ilə təsdiqlənmiş vəsatətin surəti vardı. Həm də məhkəmə 12 aprel 2010-cu il tarixli qərarı ilə bu vəsatətə hakim tərəfindən hüquqi qiymət verilib.
Amma maraqlıdır ki, sonradan həmin vəsatəti təsdiqləmiş hakim onu mötəbər sübut kimi qiymətləndirmədi.
- Qərarda başqa nə əksini tapmışdı?
- Hakim qərarında həm də onu göstərdi ki, Faiq Ələkbərovun mənim barəmdə KİV-ə təhqiramiz açıqlama göndərməsi ilə bağlı “mötəbər sübutlar məhkəməyə təqdim edilməyib”. Halbuki mən bu açıqlamaların yayıldığı ANS PRESS Agentliyi, Azəri-Press Agentliyi, «Lent.az» saytının rəhbərliyinin imzası ilə rəsmi sənədlər, eləcə də müxtəlif qəzetlərdən məqalələr təqdim etmişəm. Amma həmin sənədlərin bir qismi yoxa çıxıb. Lakin mövcud olan sənədlərdə birbaşa bildirilir ki, mənim barəmdə olan məlumatları onlara məhz Faiq Ələkbərov elektron poçt vasitəsi ilə göndərib, sonra isə telefonla zəng edərək həmin məlumatların dərc olunmasını xahiş edib. Bu sübut deyilmi? Əgər məhkəmənin bu sənədlərdəki məlumatların həqiqiliyinə şübhəsi vardısa, onda niyə həmin sənədləri tərtib və təsdiq etmiş vəzifəli şəxsləri iclasa dəvət edərək onları dindirməklə bu şübhələri aradan qaldırmadı? Bu suallara cavab axtarmaqdansa, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatların Faiq Ələkbərov tərəfindən yayılması, şərəf və ləyaqətimin onun tərəfindən alçaldılmasının müəyyən olunmadığı barədə qərar çıxarıldı. Mənə qərarın mətnini məhkəmədən 8 gün sonra təqdim etdilər. İş materialları ilə isə ancaq 26 mayda, yəni 14 gündən sonra tanış ola bildim. Baxmayaraq ki, qanunun tələbinə görə 3 gün ərzində mən iş materialları ilə tanış olmalı idim. İş materialları ilə tanış olanda məlum oldu ki, təqdim etdiyim sənədlərin heç biri iş materiallarına əlavə olunmayıb. Vəziyyəti belə gördükdə mən iş materialları ilə tanış olmaqdan imtina etdim və bu sənədlərin yoxa çıxması barədə məhkəməyə yazılı şikayət verdim.
24 may 2010-cu il tarixində yenidən iş materialları ilə tanış olduqda məlum oldu ki, həmin sənədlərin yalnız bir qismi, notariat qaydada təsdiq olunmuşlar itib, notariat qaydada təsdiq olmayan eyni sənədlər isə işə əlavə olunub. Həm bu səbəbdən, həm də iş materialları tikilib səhifələnmədiyindən və protokola lazımı qaydada əlavə olunmadığından mən yenə iş materialları və protokol ilə tanış olmaqdan imtina etdim və bu məsələlər barədə təkrarən məhkəmənin sədrinə yazılı şikayət verdim. Səhəri günü iş materialları ilə tanış olduqda məlum oldu ki, həmin sənədlər yenə də yoxdur. İş materiallarının və iclas protokolunun proses iştirakçılarına tanışlıq üçün belə gec hazırlanmasının hüquqi nəticəsi o oldu ki, mən apelyasiya şikayətimi vermək müddətini ötürməmək üçün həmin sənədlər ilə tələm-tələsik tanış olub və apelyasiya şikayətimi qısa müddətə hazırlamalı oldum. Məhkəmədə olan çoxsaylı qanun pozuntularına görə tərəfimdən məhkəmənin sədrinin adına 13.05.2010-cu il, 20.05.2010-cu il, 24.05.2010-cu il və nəhayət, 25.05.2010-cu il tarixlərdə şikayət ərizələri ilə müraciət etməli oldum. Son nəticədə isə 29 may 2010-cu il tarixdə Binəqədi rayon məhkəməsinə bu qərardan apelyasiya şikayəti verdim. Bir aya yaxın müddət keçməsinə baxmayaraq vaxt udmaq məqsədi ilə iş hələ də Binəqədi rayon məhkəməsindən Bakı Apelyasiya məhkəməsinə göndərilmirdi.
Dəfələrlə məhkəməyə telefon zəngləri etdikdən sonra 17 iyun 2010-cu il tarixdə Binəqədi rayon məhkəməsinin dəftərxanasından mənə bildirdilər ki, iş Bakı Apelyasiya məhkəməsinə getməyib. Bunun səbəbini araşdırmaq məqsədi ilə məhkəmə katibi ilə əlaqə saxladıqda o bildirdi ki, artıq bir həftədir ki, işi şəxsən özü Bakı Apelyasiya məhkəməsinə aparıb. Sonra eyni laqeydliklə Bakı Apelyasiya Məhkəməsinin bəzi hakimlərinin baxdığı işlərdə və Ali Məhkəmədə də rastlaşdım. Bilirəm ki, qarşıdakı vəziyyət bundan da ağır ola bilər.
Mən təəssüf edirəm ki, belə qərarlar verərkən Azərbaycanın dünya birliyindəki nüfuzuna xələl gətirildiyini nəzərə almırlar. Çünki belə davam edəcəyi halda mənim Avropa Məhkəməsinə müraciət etməkdən başqa yolum qalmır. Mən haqqımı sübut etməliyəm. Dəqiq bilirəm ki, bu prosesdə mənim haqqım müxtəlif maraqlara qurban verilir. Bu işdə qarşı tərəfi tapşıranlar mənim şikayət etdiyim adamın adını çəkərək, işə obyektiv baxmağı xahiş edirlər. Artıq eşidən cümlələrdəki sözaltı mənanı tutur. Amma kim olur-olsun bilməlidir ki, belə addımlar Azərbaycana şərəf gətirmir. Avropa Məhkəməsinə gedən hər bir şikayət bu ölkənin adına ləkədir.
- Yorulmadınız bu məhkəmələrdən?
- Avropa Məhkəməsinə şikayət etmək üçün mən bu instansiyaları keçməyə məcburam. Hər bir qeyri-obyektiv qərar dövlətə qarşı edilən təxribatdır. Nə qədər vaxtımız var, bunu etməməliyik...

1130