
Tanınmış gitara ustası: “Rəmişə bir iradım var...”
Azərbaycanın iki tanınmış gitara ustası Rəmiş və Rəhman Məmmədlinin münasibətlərində gərginlik yaranıb. Rəhman Məmmədli Lent.az-a açıqlamasında ustad hesab etdiyi Rəmişlə münasibətində problem olduğunu gizlətməyib. Məhz bu problemə görə onların duet şəklində ifası heç vaxt reallaşmayacaq: “Heç vaxt Rəmişlə duet nəzərdə tutmaram. Münasibətlərimizdə həqiqətən problem var. Mən həmişə Rəmişə ustad gözündə baxmışam. Bu gün də elədir. Amma nədənsə Rəmiş bizi qəbul etmək istəmir. Söhbət tək məndən getmir. Bir neçə gözəl gitara ifaçısı var. Amma səbəbini özüm də bilmirəm ki, niyə bizləri qəbul etmir. Bu sənətin davamçısı kimi, mənim də ustad Rəmişə bir iradım var – ətrafda deyilən sözlərinə hamısına inanmasın. Bəlkə də bu, qısqanclıqdan irəli gəlir. Amma mənim də 32 il sənət stajım var. Hələ bir dəfə də olsun gənclərə qısqanclıqla yanaşdığım yadıma gəlmir. Yaxşı ifaçıların adını həmişə çəkirəm”.
Xəyalə
Xəyalə
Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28