Yaşar Nuri “Yol üstə”dir
29 may 2010 17:00 (UTC +04:00)

Yaşar Nuri “Yol üstə”dir

Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Yaşar Nuri Akademik Dram Teatrında səhnələşdirilən yeni tamaşada rol alıb. Aktyorun Lent.az-a verdiyi məlumata görə, Afaq Məsudun “Yol üstə” pyesində baş rollardan birini ifa edəcək. Mehriban Ələkbərzadənin quruluş verəcəyi tamaşanın məşqləri yaxın vaxtlarda başlayacaq.

Bundan başqa aktyor Musiqili Komediya Teatrında səhnələşdiriləcək Üzeyir Hacıbəyovun “Ər və arvad” tamaşasına da dəvət alıb. Kukla Teatrında isə Üzeyir Hacıbəyovun “Məşədi İbad” tamaşasında iştirak edəcək: “Bu yeni və maraqlı bir tamaşa olacaq. Səhnəyə marionetlər çıxacaq, mən isə canlı şəkildə səhnədə ifa edəcəm. Bu tamaşanın premyerası sentyabrın 18-də dahi Üzeyir bəyin doğum günündə olacaq”.

Yaşar Nurinin baş rolunu ifa etdiyi Eldar Quliyevin “İstanbul reysi” filminin premyerası isə iyulun 10-da Heydər Əliyevi Sarayında olacaq: “Mən əməliyyata gedəndə Eldar Quliyev söz vermişdi ki, məni gözləyəcək, həmin rola heç kimi çəkməyəcək. Kişi kimi sözünün üstündə durdu. Əməliyyatdan sonra mənim ilk işim bu rol oldu”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07