“Hər aşıq öz səviyyəsini bilməlidir”
26 may 2010 19:30 (UTC +04:00)

“Hər aşıq öz səviyyəsini bilməlidir”

“Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfrans keçirilib

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri universitetin rektoru professor Yusif Məmmədov açaraq elmi konfransın 28 May - Respublika gününə həsr olunduğunu deyib. Sonra Respublika Günün tarixindən, Xalq Cümhuriyyətinin qurucularından danışıb.


Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub çıxışında Respublika Günündən böyük bayram tanımadığını, məhz belə bir günün qeyd olunması ərəfəsində aşıq yaradıcılığının geniş müzakirə olunmasının təsadüfü olmadığını deyib. Daha sonra aşıq sənətinin problemlərindən danışıb: “Bizi razı salan cəhətlər çoxdur. Aşıq sənətinin YUNESKO-da təsdiqilə bağlı böyük işlər görülüb. Aşıqlarımız Fransa, İngiltərə, Amerika, Rusiya kimi ölkələrdə çıxış edirlər. Amma bu və digər müsbət hallarla yanaşı problemlər də var və onlar həll olunmalıdır. Bəzi şəxslərin televiziya ekranlarında aşıq sənətini hörmətdən salan çıxışları bizi mütəəssir edir. Aşıq sənətini də gözdən salır. Hər aşıq öz səviyyəsini bilməlidir”.

Daha sonra mövzu ilə əlaqədar məruzələr dinlənilib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07