“Təxəllüsü Mixaylo” Sloveniyada
İyun ayının 2-si və 3-də Sloveniyada “Salnamə” studiyasında istehsal olunan “Təxəllüsü Mixaylo” filminin nümayişi olacaq. “Salnamə” studiyasından Lent.az-a verilən xəbərə görə, iki gün davam edəcək baxış Nova-Qoritsa şəhər merliyində və Mehdi Hüseynzadənin həlak olduğu yer Şempas qəsəbəsindəki kinoteatrda baş tutacaq. Təqdimat Azərbaycanın Sloveniyadakı konsulu Gəray Muradovun və Novo-Qoritsa şəhərinin meri Mirko Brulçun dəstəyi ilə həyata keçiriləcək. Təqdimatda filmin rejissoru Tahir Əliyev iştirak edəcək.
Qeyd edək ki, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunan filmin məsləhətçisi Azərbaycanın Sloveniyadakı konsulu Gəray Muradovdur. “Təxəllüsü Mixaylo” 2009-cu ildə bir neçə Beynəlxalq Kino Festivallarda mükafatlara layiq görülüb.

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28