“Yeddi oğul istərəm” bütövlükdə Bəxtiyarın – Həsən Məmmədovun filmidir
“Yeddi oğul istərəm” – VIII yazı
... “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Bu ifadə Onun səsində bütün çılpaqlığı, kədəri və həqiqəti ilə dərk olunurdu. İliklərə işləyən ecazkar səsilə hamıya bu dünyanın faniliyini xatırladırdı...
... Demə Onun insanlara yaxşılıq, xeyirxahlıq edən ürəyi özünə pislik edərmiş. Elə bu ürək nə vaxtsa vəfasızlıq edib Onu yarı yolda buraxacaq, ölümünə fərman verəcəkmiş. Demə öz ürəyi özünə “gor qazırmış”. Özü də dərin “gor”.
... Onun həssas, kövrək ürəyi həyatın haqsızlıqlarına, ədalətsizliklərinə, namərdliklərinə dözmürdü. O, öz içində bütün bunlara qarşı kəskin etiraz edirdi. Qalaq-qalaq yığılmış bu acı hisslər Onun kövrək ürəyinin ahəngdar ritmini zaman-zaman pozurdu. Bəlkə də yaratdığı obrazların yaşam tərzi, həyatı, çəkdiyi əzab-əziyyətlər, iztirablar onun ürəyinə təsir edirdi. Belə olmasaydı, o bu obrazların xarakterik cizgilərini bu qədər dolğun, bitkin və özünəməxsusluqla yarada bilməzdi. Elə bil bu rolların hamısı məhz onun üçün işlənmiş, onun üçün yazılmışdı...
Bu gün yeddi oğulun başçısı Bəxtiyardan – Həsən Məmmədovdan söhbət açacağıq. “Ayazlı, şaxtalı bir qış axşamı yeddi qardaş olub yola düzəldik”, - deyən Bəxtiyardan. Oğulların hər birini canından çox sevən və sevilən Bəxtiyardan. “Peykanlıda bir kişi var, ya yox?” soran qürurlu, mərd Bəxtiyardan. Cəlalın ölümündə onu günahkar gördüyü üçün Humayı acımadan döyən Bəxtiyardan. Əslində, o yaratdığı obrazların hər birində Qaraşın saflığını qoruyub saxlaya bilmişdi. Humayı döyərkən belə o, saf idi. Onun xasiyyətinə yad odlan bu hərəkət Cəlala istəyindən və bu cavanın ölümü ilə barışmamaqdan, təəssüfdən irəli gəlirdi. Bir axşam taksidən düşüb ilk məhəbbəti olan Əsmərə doğru gedərkən də o saf idi. Əsl sevgisini, məhəbbətini tapmaq üçün tacirliyi bir yana qoyub arşın malçı libasına girəndə də saflığını qorumuşdu. Varlılarla kasıblar arasında fərq qoymaması, əksinə, ikinciləri daha çox üstün tutması, ona görə də Həsənağanın qohumuna məhəl verməyib hələ bir lağ etməsi də saflığının, təmizliyinin sübutu idi. “Biz düşmən yox, dost qapısına gedirik”, - deyən Abbasqulu bəyin Kərbəlayının hüzuruna əli silahsız getməsi də saflıqdan, xasiyyətindəki mərdlikdən, kişilikdən, dönməzlikdən irəli gəlirdi. O, yaratdığı obrazlarda da belə idi, həyatda idi.
Bakıya riyaziyyatçı olmaq məqsədilə gəlsə də, sonradan aktyorluğu seçir
Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyanda sadə bir ailədə anadan olmuşdu. Dörd qardaş, bir bacı idilər. Ən sakit təbiətlisi də Həsən idi. Məktəbdə oxuyarkən də öz yaşıdlarından tərbiyəsi, həlim xasiyyəti, biliyi və bacarığı ilə seçilirdi. 10-cu sinfi qurtarandan sonra Həsən Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olur. Lakin Bakıya riyaziyyatçı olmaq məqsədilə gələn Həsən Məmmədovun həyatı tamam başqa istiqamətə yönəlir. İkinci kursda oxuyarkən buradan çıxır və müxtəlif teatrların yardım heyətində aktyorluq edir. 1958-ci ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) kino və dram aktyorluğu fakültəsinə daxil olur. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyir (1960-1961). 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir və təyinatla Akademik Milli Dram Teatrına göndərilir. Bu ildən başlayaraq, on il ərzində kino çəkilişlərilə əlaqədar müxtəlif müddətlərdə dəfələrlə teatrdan işdən çıxır və yenə kollektivə qayıdır.
İldən ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilir. O, 1989-cu il mayın 27-də dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımov) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayır. Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışır.
İlk dəfə kinoya Qaraş obrazı ilə gəlir
Həsən Məmmədov ömrünün son günlərinə qədər teatr aktyoru kimi çalışsa da, məlum olan bir həqiqət var ki, o daha çox kino aktyoru olaraq tanındı və sevildi. İlk dəfə kinoya kurs işi olmuş “Böyük dayaq”da Qaraş obrazı ilə gəlir. Və elə bu obrazla da kinoda ona yaşıl işıq yanır. Bir-birinin ardınca müxtəlif filmlərdə unudulmaz obrazlar yaradır. "Böyük dayaq"da Qaraş (1962), "Belə bir ada var"da Nazim (1963), "Versina"da Kamil (1964), "Arşın mal alan"da Əsgər (1965), "Yaşamaq gözəldir, qardaşım"da Ziya (1966), "İstintaq davam edir"də Əzimov (1966), "Bir cənub şəhərində"də Murad (1969), "Yeddi oğul istərəm"də Bəxtiyar (1970), "Sevil"də Balaş (1970), "Axırıncı aşırım"da Abbasqulu bəy (1971), "Gün keçdi"də Oqtay (1971), "Flaminqo - qızıl qazdır"da Fərman (1973), "Səmt küləyi"ndə Əlibala (1973), "Xaos"da Kazım bəy (1973), "Qatır Məmməd"də Səməd (1974), "Bakıda küləklər əsir"də Tahir Cəliloviç (1974), "Dədə Qorqud"da Dədə Qorqud (1975), "Alma almaya bənzər"də Qurban (1976), "Sevinc buxtasında" Rüstəmov (1977), "İstintaq"da Murad (1979), "Bizi bağışlayın"da Nəriman (1979), "Birisi gün gecə yarısı"nda Əliyev (1981), "Məlikməmməd"də şah (1982), "Papaq"da Mirzə (1983), "Bağ mövsümü"ndə sürücü (1985), "Şahid qız"da müstəntiq (1990) və sairə. Bir neçə beynəlxalq festivalda iştirak edir. Bir neçə dəfə ən yaxşı kişi rolu nominasiyasının qalibi olur. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilir.
“Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə gəldik”
Həsən Məmmədovun yaratdığı obrazlar sırasında “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar özünəməxsus yer tutur. Elə bil bu obraz məhz onun üçün yaradılmışdı. Tofiq Tağızadə Həsən Məmmədovu bu obraza sınaqsız çəkmişdi. O, yalnız tərəf müqabilləri ilə birlikdə çəkilən sınaqlarda iştirak etmişdi. Çəkiliş günlərinin birində Həsən Məmmədov atdan yıxılıb ayağını sındırmışdı. Qaydaya görə, bu halda həmin atı öldürmək lazım imiş. Ancaq aktyor xahiş edir ki, onu yıxan atı öldürməsinlər. Sağalıb ayağa durandan sonra atın yiyəsi ona minnətdarlığını bildirmişdi.
Filmin kulminasiya nöqtəsi sayılan finalın çəkilişləri də yaddaqalan olub. Bəxtiyarın pilləkəndə oturub siqaret çəkmə səhnəsi 3 dubl çəkilib. Həmin çəkilişi xatırlayan Uzun Qasım – Əbdül Mahmudov deyir ki, şəxsən özü bu səhnəni səbirsizliklə gözləyirdi: “Mən də pilləkənin altında oturub maraqla Həsən Məmmədova baxırdım. Onun bu səhnəni necə yaradacağı mənə çox maraqlı idi. Gözünün içini, plastikasını görmək istəyirdim. Əslində mənə elə gəldi ki, o, heç nə etmədi. Çünki adət etdiyimiz pafosu, ah-ufları görəcəyimi düşünürdüm. Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə gəldik. Bu səhnəni Həsən Məmmədov o qədər gözəl yaratmışdı ki. Qəribə nisgilli, kədərli baxışları vardı. Mənim fikrimcə, o epizod olmasaydı, film də yaxşı alınmazdı. Çəkinmədən deyirəm ki, “Yeddi oğul istərəm” filmi bütövlükdə Bəxtiyarın - Həsən Məmmədovun filmidir. Ümumiyyətlə, Həsən Məmmədov sözün əsl mənasında əsl sənətkar, nəhəng şəxsiyyət idi. Özü də çox qəribə xasiyyəti vardı. Öz obrazları barədə danışmağı xoşlamırdı. O, mənim üçün bir açılmaz xəzinə kimi gəldi getdi. Onun içinə, daxilinə, sənət aləminə özündən başqa heç kim girə bilmirdi. Ancaq təəssüf ki, tez köçdü aramızdan. Həsən Məmmədov o qəbil kino aktyoru idi ki, onun üçün hər şərait yaradılmalıydı. Məişət problemi olmamalıydı. Bütün problemlərini, dərdini isə içində çəkirdi, heç kimə giley-güzar etmirdi. Elə ona görə də ürəyi buna tab gətirə bilmədi. Allah ona rəhmət etsin. Onun simasında Azərbaycan incəsənəti bir nömrəli sənətkarını itirdi”.
“Durub bığımı, saç-saqqalımı çıxarıb sizinlə başqa cür danışaram”
Yeddi oğulun ən kiçiyi Cəlal - Ənvər Həsənov isə bir xatirəni danışır: “Həsən Məmmədov nə qədər sakit adam olsa da, onda çılğınlıq da var idi. “Dədə Qorqud” filminin Pirquludakı çəkiliş günlərindən biri idi. Mən həmin filmdə həm rejissor köməkçisi kimi çalışırdım, həm də epizodik rollarda çıxış edirdim. Hamı çəkilişlərə gedirdi. Həsənlə mən isə istirahət etdiyimiz yerin qarşısındakı restoranda oturub maşın gözləyirdik. Həsən Məmmədov Dədə Qorqud geyimində üzündə ağ saqqal, bığ və saç olduğundan diqqəti cəlb edirdi. Bu zaman yanımızdan 4-5 cavan oğlan keçir. Həsəni bu geyimdə görən oğlanlardan biri təhqiramiz ifadə işlədir. Həsən hirslənib cavab verir: “Durub bığımı, saç-saqqalımı çıxarıb sizinlə başqa cür danışaram”. Bu hadisəni hər dəfə yada salanda o qədər gülürdük ki...”
Gözəl aktrisalarla filmlərə çəkilməyi ailədə qısqanclığa səbəb olmurdu
Qeyd edək ki, Həsən Məmmədov haqqında yazı hazırlayarkən ailə üzvləri ilə əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz boşa çıxdıq. Bir neçə mənbədən əldə etdiyimiz telefon nömrələrinin heç biri cavab vermədi. Məhz bu səbəbdən də onların fikirləri yazıda yer almayıb. Amma 2003-cü ildə Həsən Məmmədovun 40 mərasimində onun həyat yoldaşı ilə olan söhbəti təqdim edirik.
Həsən Məmmədov tamaşaçıların sevimlisi olmaqla yanaşı, bir gözəlin də sevimlisinə çevrilmişdi. Bu sevgi, bu istək isə heç də aktyora olan sevgidən irəli gəlmirdi. Ağ, incəbel gözəl məktəbli olan Lətifə həmişəki kimi məktəbə gedib gəlirdi. Bu zaman təsadüfən onu küçədə görür. Bir könüldən min könülə aşiq olan bu oğlan gizlicə qızın arxasınca düşür və düz evlərinəcən gəlir. Bütün bunlardan bixəbər olan məktəbli qız hər gün dərsə gedərkən qəribə hadisənin şahidinə çevrilir. Hər gün eyni saatda eyni yerdə ucaboy, yaraşıqlı şümşad bir oğlan durarmış. Və ancaq bu qıza baxar, nəzər yetirərmiş. Bu hadisə üç-dörd ay davam edir. Artıq qız da bu gizlin oyundan duyuq düşür. O da istər-istəməz bu oğlana qəlbən bağlanmağa, onu sevməyə başlayır. Onu görərkən əlləri əsir, həyəcanlanır, ürəyi tez-tez döyünürdü. Bir az gecikdiyi və ya hansısa səbəbdən gələ bilmədiyi vaxtlarda gözləri biixtiyar bu oğlanı arardı. Beləcə bir kəlmə belə kəsməyən cavanlar ayrılmaz tellərlə və böyük bir sevgi ilə bir-birinə bağlanır. Bunu onların gözləri, baxışları deyirdi. Bilmədən, özlərinin də xəbəri olmadan etdikləri hərəkətlər bunu sübut edirdi. Nəhayət, bir gün Həsən bütün cəsarətini toplayıb özündən 8 yaş kiçik olan istəkli Lətifəsinə yaxınlaşıb ona qəlbini açır. 1967-ci ildə isə onlar ailə həyatı qururlar. 2 övladları olur Aynur və Əvəz. Ailədə çox mülayim və qayğıkeş olub Həsən Məmmədov. Ailəsini, övladlarını həyatda hər şeydən üstün tuturdu. Uşaqlarını o qədər çox istəyərdi ki, hər hansı bir dəcəllik, şıltaqlıq edəndə belə onlara acıqlanmaz, vurmazdı. Diqqətcil idi. Hara getsəydi, ailəsini də özüylə aparardı. Uşaqları ilə birlikdə Moskva, Riqa, Tallin və digər şəhərlərə getmişdilər. Aynurla isə daha yaxın idilər. Sanki dostu, sirdaşı idi onun Aynur. Sirrini, sözünü oğluna yox, qızına deyirdi. Hamının gözündən kənar otaqların birinə girər, qapını bağlayaraq, oturub saatlarla dərdləşərdilər. Çəkilişlərdə olduğu vaxtlarda isə uşaqlarla Lətifə xanım məşğul olardı. Ailə həyatının ilk illəri Həsən Məmmədov yaradıcılığını ən məhsuldar dövrlərinə təsadüf edirdi. Aktyor filmlərdə bir-birindən gözəl aktrisalarla çəkilirdi. Amma bu, ailədə heç bir qısqanclığa gətirib çıxarmır, münasibətlərə xələl yetirmirdi. Əksinə, çəkilişlər zamanı həyat yoldaşına əlindən gələn yardımı göstərər, dayaq durmağa çalışardı.
“Ay bala, bu yemək mənə tanış gəlir”
Lətifə xanım bir hadisəni də xatırlayır: “Arif Babayev “Birisi gün, gecə yarı” filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə evdə sulu xörək olar. Demə bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: “Ay bala, bu yemək mənə tanış gəlir”. Arif Babayev də ondan soruşur ki: “Hə, xörək necəydi, xoşuna gəldi?” Həsən də cavab verir: “Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır”. Arif Babayev də gülərək “elə sizin evin xörəyidi”, - demişdi.
Arzusunda olduğu evinə köçmək aktyora qismət olmur
Əvvəllər ürəyindən heç vaxt şikayətçi olmamışdı Həsən Məmmədov. Ona torpaq sahəsi verilmişdi. Yeni mənzil tikdirirdi. Təmirin başa çatmasını səbirsizliklə gözləyirdi. Axı oğluna toy edəcək, bu yeni evə gəlin gətirəcəkdi. Mənzildə başa çatan ən xırda işə belə uşaq kimi sevinirdi. Həyətdə isə meyvə ağacları əkmişdi. Onlara sevgi, nəvazişlə qulluq edirdi. Möcüzə də orasında idi ki, ağaclar görünməyən sürətlə böyüyüb boy atmışdı. Hələ daha da boy atacaq, bar verəcəkdi. O isə bu ağacların kölgəsində oturub dincələcəkdi. Sonuncu dəfə gedərkən təzə evin qapıları, pəncərələri qoyulmuşdu (deyirlər ki, aktyorun arzusunda olduğu evdə hazırda oğlu Əvəz ailəsi ilə birlikdə yaşayır). Sevinirdi buna görə. Evə də elə xoş əhval ruhiyyədə qayıtmışdı. Səhəri gün oyananda isə kürəyində göynərti hiss etdiyini deyir. Həkim çağırırlar. Ürəyini kardioqram etdikdən sonra məlum olur ki, aktyor infarkt keçirib. Həkim mütləq xəstəxanaya getməyi məsləhət görür. Tərpətməyə icazə verilmədiyindən onu xərəkdə aparmaq istəyirlər. Ancaq Həsən Məmmədov buna razı olmur. “Mən heç vaxt “nasılkaya” uzanmaram”, - deyir və xəstəxanaya kürəkəninin maşınında gedir. Amma elə bil evdən çıxmaq istəmirdi. Qapıdan çıxmazdan qabaq bir az ayaq saxlayır. Sonuncu dəfə arxaya dönüb evinə nəzər salır. Getmək istəmirdi, evindən ayrılmaq istəmirdi sanki. Elə bil həssas ürəyi nəyisə əvvəldən duyurmuş. Kəskin ürək ağrılarından əvvəlcə xəstəxanada, bir müddət isə evdə müalicə olunan Həsən Məmmədovun vəziyyəti əvvəlcə yaxşılaşır. Sonra orta həddə qalır. Sonra yenə də ağırlaşır. Onu təzədən xəstəxanaya köçürürlər. Lakin bu, onun evindən son gedişi olur. O, bir daha doğma evinə qayıda bilmir. Ağrılardan, haqsızlıqlardan cana doymuş ürəyi tab gətirə bilmir aktyorun. Elə xəstəxananın bumbuz soyuq divarları arasında bu böyük, işıqlı şəxsiyyət əbədiyyətə qovuşur. Artıq qaranlıq dünyanın sakinləri onu gözləyirdi.
... Bir neçə gün idi ki, dostlarının, yaxınlarının, qohumlarının, bütün Həsən Məmmədov sevərlərin gözü yolda, qulağı səsdə idi. Bir neçə gün idi ki, aktyorun evi telefon atəşinə tutulmuşdu. Tamaşaçılar, jurnalistlər tərəfindən. Hamı onun sağalıb ayağa qalxacağına, yenidən səhnəyə qayıdıb müxtəlif obrazlar yaradacağına ümid bəsləyirdi. Ancaq ümidlər puça çıxır. Böyük aktyorun ölüm xəbəri Azərbaycan incəsənətinin belini bükür. Azərbaycan kinosunun daha bir sütunu da həyatdan gedir. 2003-cü il avqustun 26-da.
... "Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya". Bu ifadə Həsən Məmmədovun səsində bütün çılpaqlığı, kədəri, həqiqətliyi ilə dərk olunurdu. İliklərə işləyən ecazkar səsilə hamıya bu dünyanın faniliyini xatırladan aktyorun özü niyə belə tələsdi görəsən?!
P. S. Silsilənin son yazısı Gəray bəy – Həsən Turabov haqqında olacaq.
Xəyalə MURADLI
[email protected]

2241