“Qarğınsız”
Qənirə Paşayeva: “Bəzən insanlar dünyaya göz açdıqları kəndinin, rayonunun, bölgəsinin tarixini bilmirlər”
Bu gün Atatürk Mərkəzində jurnalist Bəhrüzər Rüstəmovun “Qarğınsız” kitabının təqdimat mərasimi keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Bəhrüzər Rüstəmov bu kitabda etnoqrafik-tarixi lövhələrdə gəzişmələr edir, indiki Tovuz, Gədəbəy, ermənilərdə qalan Şəmşəddin rayonları, Göyçə mahalı və Qaraqoyunlu dərəsi, Şəmkir çayının sağ qıyısından suayırıcı-toplayıcı torpaqlardan qərbə tərəf olan əraziləri, Ağstafada Həsənsu boyunca cənuba doğru torpaqları əhatə etmiş Şəmşəddil sultanlığından söz açır.
Təqdimat mərasimində çıxış edən professor Qəzənfər Paşayev deyib ki, “qarğınsız” sözü “məhv olmayan”, “itib-batmayan” anlamını verir: “Xalqın mənəvi dəyərləri, adət-ənənələri, etnoqrafiyası itib-batmır. Aleksandr Duma yazıb ki, Şəmşəddil mahalı Tiflisə qədər uzanır”.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, insanlar öncə bölgələrinin, sonra vətəninin, millətinin tarixini öyrənməlidir: “Bəzən insanlar dünyaya göz açdıqları kəndinin, rayonunun, bölgənin tarixini bilmirlər. Bəhrüzər müəllim Tovuz qəzetinə rəhbərlik etdiyi dövrlərdə bu istiqamətə xüsusi diqqət yetirib. Atam bizə bu tarix barədə danışardı, yazmazdıq, müəyyən hissəsini hafizəmizdə saxlayardıq. Bəhruzər müəllimlə görüşəndə həmişə deyirdim ki, bu tarixin yazılması lazımdır”.
Millət vəkili qeyd edib ki, kəndlərimizin adının araşdırılması onların qədimliyini üzə çıxarır: “Biz bir tarixi abidənin, daşın 7, 8 əsr yaşı olduğunu bir xariciyə deyəndə, bu onun yadında o qədər də qalmır. Ancaq o tarixi abidənin, daşın hekayəsini danışanda, o, bir insan kimi buna xüsusi maraq göstərir, yadında qalır. Öz ölkəsinə gedəndə də bu barədə danışır. Bəhruzər müəllimin kitabında da belə hekayələr var. Bəhrüzər müəllim o bölgənin, o bölgədəki insanların tarixindən yazıb. Bizim bir çox qədim tarixi ocaqlarımız var. Düşmənlərimiz bizim tarixi saxtalaşdırmağa çalışıb. Tovuzun sərhədindəki torpaqlar Azərbaycan torpaqları olub. Ermənilərin o torpaqlara nə vaxt köçürülməsi kimi məsələlər də burada əksini tapıb. Bu kitab tariximizi saxtalaşdıranlara da bir cavabdır”.
O, kitabda müasir tariximizdən, qəhrəmanlıqlarımızdan da bəhs olunduğunu söyləyib: “Əlibəyli kəndində hamı vuruşub, evlərin yarısı dağılıb, amma heç kim kəndi tərk etməyib. Kitabda bu barədə də yazılıb. Bu kitab bir bölgənin tarixindən, adət-ənənəsindən, insanından bəhs edir. O bölgə millətimizin, tariximizin, dövlətimizin bir parçasıdır və onu öyrənməliyik. Bu kitabda bir yovşan qoxusunun necə böyük hislər oyatmasından da söz açılır”.

755