Zorən rəqqasə… sonra ulduz
Aprel ayı boyunca həyatı sənətə bağlı olan dörd insan dünyasını dəyişdi. Daha doğrusu, həmin aqibətə tuş gələnlərin faktiki sayını söyləsəm, qeyri-dəqiqliyə yol verərəm. Bu, Bakıda yaşamış, fəaliyyətləri çoxlarına bəlli insanların sayıdı. Ölkə miqyasında bütün mədəniyyət sahəsi üzrə bizimlə vidalaşanların neçə nəfər olmasının statistikasından xəbərsizəm. Qərəz, lap dörd nəfər olsa belə, az deyil. Kukla teatrının direktoru Rəhman Quliyevlə başlayan “estafetin” növbəti həlqəsi Telman Adıgözəlov, sonra Yusif Muxtarov oldu. Yekunusa yaş və təcrübə baxımından hamıdan irəlidə gedən Əminə Dilbazi vurdu.
Onların hamısı mənə tanış insanlarıydı. Hər birisiylə ayrı-ayrılıqda dəfələrlə görüşüm, söhbətim olub. Telman Adıgözəlov və Əminə xanımlasa xüsusi münasibətlərimiz vardı. Dostyana, ciddi və zarafatlı keçərdi söhbətlərimiz. Əminə Dilbaziylə böyük yaş fərqimi nəzərə alsaq, bu, bir qədər qəribə görünə bilər. Amma fakt faktlığında qalır. Son zamanlar, səhhətindəki problemlərlə əlaqədar evdən bayıra çıxmayan prima rəqqasə hər zəngimdən xoşhal olardı. Deyib-gülər, eyni açılardı. Qazax ləhcəsiylə “bevəfa, ayə hardasan, bə niyə görünmörsən” deməyindən qalmazdı. Mövzu dəyişsə, söhbət uzanıb-gödəlsə də bu sual mütləq verilməliydi. Sağlığınıza mən də kirimiş qalan bala deyildim, onun ləhcəsinə münasib şəkildə “harya əlim, bir yol öyün qapısı açıxdı, burya əl dedinmi” söyləyəndə şaqqanaq çəkərdi “öyün tikilsin, hancarı gaplaşersan” sözləri bayaqkı sualının ardı kimi səslənərdi.
Həqiqətən, Azərbaycan milli rəqs sənətimizin ustadlarından olan Əminə Dilbazinin ifasında gözəllik, təbiilik duyulduğu kimi, şirin, koloritli danışığı da aləmiydi. O, doxsan yaşın tamamında şuxluğunu saxlamışdı, huşu-başı yerindəydi. İlin sonunda doğulmuşdu, amma yaza-yaya vurğunuydu. Elə buna görə, yubileyinin ötən ilin axırında yox, qışı yola verib, havaların qızan, qanın qaynayan vaxta saxlaması səbəbsiz deyildi. İstər özü, istərsə də doğmaları və digərləri son zamanlar sözə baxmayan səhhətinin yazın ortasında, təbiətin gül-gülzar vaxtında düzələcəyinə gümanlıydılar. Amma bir addımlıqdaykən hər şey dəyişdi…
Əminə xanım həyatsevər insanıydı. Dərd-qəmi yaxına buraxmaz, qurub-yaratmaq eşqilə yaşayardı. Altmış ilə yaxın bir damın altında görkəmli bəstəkar Cövdət Hacıyevlə ömür sürmüş rəqqasənin onsuz keçən son illəri əvvəlki əyyamdan fərqlənirdi. Darıxırdı, sıxılırdı, qəribsəyirdi onsuz. Bir yandan da sağlamlığındakı xoşagəlməz dəyişikliklər arada kefini pozurdu. Üstəgəl ölkəmizin hələ də yaxasını buraxmayan müharibənin ağrı-acıları, ətrafda baş verən müəyyən hadisələr ölkəynən bir ad-san sahibini çox sıxırdı….
Bir gözü gülər, o biri gözü ağlar sənətkar “bizim günahımız nədi ki, bu gündəyik” deyərdi. Bir zamanlar qazandığı ad-sanı, fəxri ad və təltifləri keçmişin ayağına yazan rəqs ulduzumuzun ürəyinə xal salmaq insafdan deyildi. Çox şeyi özünə dərd eləməsinə qıymadığım Əminə xanımı sıxıntılı, üzüntülü vəziyyətdən qurtarmaq üçün həmişə dilə tutub yola gətirirdim. Və deyəsən bunu bacarırdım. Hərçənd “ürəyinizdən keçənləri söyləyin, yüngülləşərsiz” deməklə söhbətə körpü salanda bəzən azacıq duruxur, “a dərdin alem, nə yazajaxsan” şəklində bir növ etiraz edir, könülsüz təsir bağışlayırdı. Amma Əminə xanım heç vədə kimsənin gözünə cod, adamayovuşmaz görünməyib. Elə bu səbəbdən tezcə də başqa təəssürat yaratmaq fikrindən daşınırdı. Uzun illərdən bəri onu, mərhum həyat yoldaşı, bəstəkar Cövdət Hacıyevi tanıyan, bu evə dəfələrlə gedib-gələn biri kimi, Əminə xanımla söhbətlərimizdə ərkyana şəkildə zarafatımdan qalmadığımdan incə damarından yapışardım. “Başımıza söz qəhət olmaz” deyib, ürəyini bir az da yuxaldıb, başlayardıq yavaş-yavaş dərdləşməyə:
“…Vallah, heç başım açılmer. Ev-eşik bir yandan, zənglər, gəlif-gedən o biri yandan. Heç ora-bura çağırıllar, gedəmmerəm… Ayə, baxma ey, huşum-başım yerindədi, ta əvvəlki adam döyüləm. Qabaq bir gündə on yerə yüyürördüm. O “Sönməyən ulduzlar” assosiasiyası var ha, neçə il oranın fəal üzvü kimi tədbirlərində iştirak eləmişəm. İndi görörəm, çatdırammıram dana. Qojalıx yaman şeymiş. Qapını ki, kəsdirdi, yaxan qalır əlində. Vallah hər dəfə səsini eşidəndə, sənnən danışanda o qədər gülörəm, gözümnən yaş gəler. Görüm səni xoşbaxt olasan, dərd-sərimi unutdurorsan. Yoxsa, inan o qədər şeyin fikrin çəkerəm. Məni ən çox narahat eləyən, kədərləndirən camaatın vəziyyəti, müharibədi. Xalqımız əsir-yesir qalıf bu müharibənin əlində. Cavanlar qırılıf, torpaqlar gedif, öy-eşiklər, abidələr dağılıf. İnan Allaha bəzən ailəm, balalarım, ajdığım-susuzduğum yadımnan çıxer. Qabaq yenə kiminsə işinin dalınca yüyürördüm. Ta ona güc-qüvvə qalmıyıf. Doxsannandı. Buna görə yaşı özümə dərd eliyirəm. Yoxsa, bir canım var dana, özümə qalsa, nəyin fikrini çəkəsiyəm. Amma olmor, hər şeyi ürəyimə saleram…
…Heç ağlıma gəlerdimi ki, rəqqasə olajam. Məktəbdə oxuyanda gimnastika ilə məşğul olordum. Nə isə, günlərin birində məktəbimizə yuxarıdan xəbər eleyellər ki, qoçaq uşaxlardan bir qrup göndərsinlər gürcü məktəbinə. İndi 7 nömrəli məktəb yerləşir orda. Sən demə, rəqs ansamblı yaratmax üçün uşaxlar seçmək istiyermişlər. Nə isə, onu oynadıf yoxladılar, bunu oynadıf yoxladılar, növbə çatdı mana. Dedim, mən oynuyan döyüləm. Çox dedim az eşitdilər. Axırda qaldım çar-naçar. Dedilər, nə oynayajaxsan. Qayıtdım ki, bizdə idmanda əl hərəkəti eləyəndə «hoptsa», «hoptsa» deyirik, elə olarmı? Razılaşdılar. İndi qalmışam belə, «hoptsa» deyə-deyə atılıf-düşörəm, camaat da uğunuf geder. Axırı, dedilər, bəsdi. Deyinə-deyinə evə yollandım. Aradan bir neçə gün keçmiş məktəbə xavar çatdırdılar ki, bəs o «hoptsa» deyən qız yenə gəlsin. Lap cinnəndim. Getdim ora. Dedim, məni ələ salıfsız, keçən dəfə aləmi üstümə güldürdüz, bəs eləmədimi? Qaçıf aradan çıxmax istiyəndə, tutuf geri qaytardılar. Və beləcə duyumun, hərəkətin yaxşıdı deyif, məni rəqsə yazdılar. 15-16 yaşım vardı onda… Zornan rəqqasə oldum. Bizi ki, başladılar öyrətməyə, bir-iki aydan sonra rəqsə məhəbbətim yarandı. Üstəlik maaş da vererdilər. Çətin vaxtlarıydı. Atamız rəhmətə getmişdi. Anam, cavan gəlin üç uşaqnan təkcə qalmışdı. Mən qazandığım pulnan evə kömək eleyerdim. Bir müddət ötdü, kollektivimiz filarmoniyanın mahnı və rəqs ansamblı oldu. Dolanışığımız lap yaxşılaşdı. Mənnən o vaxt rəqsə gələnlərdən ancaq rəhmətlik Əlibaba Abdullayev sənətkar kimi ad qazandı…”
Əminə xanım 1959-cu ildə tibb institutunun tələbə qızlarından ibarət “Çinar” rəqs ansamblı yaratmışdı. Yaxınlarda onun və sevimli balası “Çinar”ın yubileyləri bir-birinə qarışacaqdı. Əvəzində aləm qarışdı…
Aprel rəqs ulduzunun son “çıxışıyla” yadda qaldı. Əminə xanım yenidən “səhnəyə qalxdı”. Yenidən alqışlandı. Amma bu səfər səhnədən düşmədi. Çiyinlər üstə çoxdan bəri yolunu gözləyən Cövdətinin yanına getdi… Yox, sadəcə getmədi, turac kimi uçdu. Sevimli rəqsindəki təki…
Seymur Elsevər
[email protected]

744