Həmidə Ömərova: “Daxilən çox qocalmışam”
20 aprel 2010 13:00 (UTC +04:00)

Həmidə Ömərova: “Daxilən çox qocalmışam”

Aprelin 25-i xalq artisti, tanınmış kino aktrisa Həmidə Ömərovanın doğum günüdür.

Aktrisanın Lent.az-a bildirdiyinə görə, bu dəfə də ad gününü evdə, yaxınlarının arasında qeyd edəcək. Sənət yoldaşlarından isə cəmi 4-5 nəfər doğum gününü onunla birlikdə keçirəcək. Ancaq Həmidə Ömərova hər il olduğu kimi bu il də sevinmir: “Mən ad günlərimdə heç vaxt sevinmirəm. Çünki bir yaş da qocalıram. Düzdür, gərək ürək qocalmasın. Amma mənə elə gəlir ki, mən daxilən, mənəvi cəhətdən daha çox qocalmışam”.

Qeyd edək ki, Həmidə Ömərova Bakıda anadan olub. 1975-79-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-1993-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-93-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasına rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07