Gülüstan Əliyeva yeni albomunu təqdim etdi
16 aprel 2010 12:00 (UTC +04:00)

Gülüstan Əliyeva yeni albomunu təqdim etdi

Aprelin 16-da “Muğam ocağı”nda Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın “Yadıma düşürsən” adlı yeni albomunun təqdimat mərasimi keçirilib.


Lent.az-ın məlumatına görə, deyildiyi vaxtdan saat yarım gec başlayan tədbirdə sənətçi yeni albomu barədə məlumat verib.

“STS prodakşn” tərəfindən hazırlanan albom SD və DVD-dən ibarətdir. 10 illik fasilədən sonra işıq üzü görən bu toplu Gülüstan Əliyevanın sayca 4-cü albomudur: “Bu 10 illik fasilə müddətində bekar oturmamışdım. Üç solo konsertim oldu. 4 klip çəkdim. Teatrda bir neçə yeni işim oldu. Ona görə də disk buraxmağa vaxtım yox idi. Sonradan belə bir qərara gəldik ki, bu illər ərzində ifamda sevilən və populyarlaşan bütün bəstəkar mahnılarını alboma daxil edək. Həm də artıq buna ehtiyac vardı”.


Gülüstan Əliyeva yaxın vaxtlarda xalq mahnıları və təsniflərdən ibarət “Ay bülbüllər” adlı daha bir diskinin də işıq üzü görəcəyini vurğulayıb.

Jurnalistlərin suallarını cavablandıran sənətçi gələcək planları barədə də məlumat verib. Belə ki, o, mayda Ukraynada keçiriləcək konsertdə iştirak edəcək. Bundan başqa Türk Ölkələri Akademiyası tərəfindən layiq görüldüyü beynəlxalq dərəcəli ödülün də təqdimat mərasimi baş tutacaq. O ki qaldı teatrdakı işinə, Gülüstan Əliyeva “Əsli və Kərəm”də Əsli partiyasını ifa etməyə hazırlaşır.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07