Əbülfəs Qarayev: “Azərbaycana gələn turistlərin sayı 1,5 faiz artıb”
“Proqram 4 il müddətinə mütləq icra olunmalıdır”
“Keçən il Azərbaycana gələn insanların sayı 3 faiz azalıb. Amma turistlərin sayı 1,5 faiz artıb”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, 2008-ci ildə bu sahədə 40 faizə qədər artım olub. Son 2 ildəsə bu rəqəm 41 faizə qədər yüksəlib: “Bu, olduqca böyük rəqəmdir. Dünya Turizm Təşkilatı tərəfindən də ən yaxşı rəqəmlər kimi qəbul olundu. Bu gün Azərbaycan turizmi beynəlxalq səviyyədə rəqabətə davamlı ölkə kimi tanınır. Dünyada turizm sahəsində ciddi böhran və çətinliklər çərçivəsində Azərbaycan son iki ildə turistlərin gəlişində kifayət qədər yüksək rəqəmlərlə artıma nail oldu. Bu da həm dövlət, hökumət tərəfindən aparılan iqtisadi-sosial siyasətin məntiqi nəticəsi ilə yanaşı turizm sənayesinin bu axında düzgün mövqe tutmasından asılıdır”.
Əbülfəs Qarayev 2010-2014-cü illər üçün təsdiq olunmuş dövlət proqramı lilə bağlı açıqlama verərək bildirib ki, bu sənədin imzalanması Azərbaycan turizm sənayesinin qarşısında ciddi tələblər irəli sürdü, eyni zamanda məsuliyyəti artırdı: “Söhbət Azərbaycan turizminin iqtisadiyyatın ən dayanaqlı, inkişafda olan sahəsinə çevrilməsindən gedir. Əgər proqramı təhlil etsək görərik ki, dövlət tərəfindən qanunvericilik baxımından tənzimlənən sənədlərin hazırlanması, qanunlarda müvafiq dəyişikliklərin olması, yeni turizm zonalarının, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq səviyyədə turizm sənayesinə investisiyaların yatırılması və Azərbaycan turizm potensialının geniş təbliğinə xüsusi önəm verilir. Eyni zamanda zəngin mədəni irsimizin, mədəniyyətimizin imkanlarının turizm məqsədləri üçün geniş istifadə olunması, infrastrukturun yaradılması, bunun üçün peşəkar kadr potensialının hazırlanmasına dair tapşırıqlar verilib. Hesab edirəm ki, bu proqram 4 il müddətinə mütləq icra olunmalıdır. Bundan sonra Azərbaycan turizm sənayesi tamamilə yeni mərhələyə və səviyyəyə çıxarılacaq. O ki qaldı sosial turizmə, buna aid xüsusi bənd nəzərdə tutulub. Bizimlə bərabər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verilib. Müxtəlif yerlərdə çalışan və haqlarının kifayət olmamasından əziyyət çəkən insanlar üçün də təyinatlı proqramlar olacaq. Onlar üçün də müəyyən yerlərdə istirahətin təşkilinə dair təkliflər hazırlanmalıdır. Bu da dövlətin sosial yönümlü siyasətinin məntiqi davamı kimi qəbul olunmalıdır”.
Xəyalə Muradlı

755