“Şəxsi aqressiyalar üzərində qurulan ədəbi nəsl sanballı əsərlər yarada bilməz”
06 aprel 2010 19:00 (UTC +04:00)

“Şəxsi aqressiyalar üzərində qurulan ədəbi nəsl sanballı əsərlər yarada bilməz”

Azərbaycan Yazıçılar Birliyinin üzvü Xəzangül Hüseynova belə hesab edir

“Bugünkü gənc ədəbi nəsl 60-70-cilər adlandırdıqları ədəbi nəslə qarşı qoç döyüşünə çıxıb, buynuzlaşmağa məqam axtarır”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xəzangül Hüseynova bildirib.

“Şəxsi aqressiyalar üzərində qurulan ədəbi nəsl sanballı əsərlər yarada bilməz. Müasir ədəbi nəslin bəzi nümayəndələri az qala özünün bazisindən imtina edərək özlərinin bazis üzərində üstqurum olduğunu unudurlar”, - şairə deyib.

Hüseynova hesab edir ki, biganəlik, etinasızlıq, özlərindən yaşlı nəslə bir növ yuxarıdan aşağı baxmaq onların hobbisinə çevrilib: “Bu gün cərəyan axtarışına çıxmaqla, özündən əvvəlki ədəbi nəslin üstünə qara xətt çəkməklə sanballı əsər yaratmaq olmaz. Ona görə də müasir ədəbi zənginliyimiz, istedadlı gənclərimiz dedi-qodu ilə məşğul olanların kölgəsində can verir”.

Sağlam ədəbi tənqidin tərəfdarı olduğunu deyən Xəzangül Hüseynova hesab edir ki, bu tənqidin də bir çərçivəsi olmalıdır: “Onlar Anarı tənqid edirlər, deyirlər ki, Yazıçılar Birliyinə yeni sədr gəlməlidir, bununla da oranın ruhu dəyişəcək. Məgər qurumun ruhunun dəyişməsi üçün onun rəhbəri mütləq dəyişməlidir? Son illər nə qədər gənc istedadlı yazarlar quruma üzv ediliblər, Yazıçılar Birliyinin idarəçiliyinə gənc yazarlar cəlb edilib. Oxuculara qurumun başında kimin durması yox, sanballı əsərlər lazımdır”.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Xəzangül Hüseynovanın şeirləri ötən əsrin 70 - ci illərindən dərc olunub. Şairə, həmçinin ötən ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Şairə yeddi şerlər kitabının müəllifidir, bunlardan biri Türkiyədə “Bitməyən xəzan”, digəri isə Tbilisidə gürcü dilində çap olunan "Şubhələr" adlı kitabdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07