Aysel Teymurzadə yenə təəccübləndirdi
Azərbaycanın əməkdar incəsənət xadimi, Muğam Teatrının direktoru Arif Qazıyev Novruz bayramı axşamı televiziya tamaşaçılarına maraqlı bir sürpriz hazırlayıb. Bu barədə tanınmış rejissor özü Lent.az -a məlumat verib.
Arif müəllim bildirib ki, quruluş verdiyi bayram konserti digər konsert proqramlarından fərqlənəcək: “Maraqlı Novruz personajlarının iştirakı ilə bayram konserti hazırlamışıq. Hər dəfə böyük maraqla izlədiyimiz iki Azərbaycan kinosu - “O, olmasın, bu olsun” dan “Məşədi İbad”, “Bəxtiyar” k/f-dən “Hüseynova bacıları”nın obrazlarını yeni interpretasiyada tamaşaçılara təqdim edəcəyik. Həmçinin Kosa və Keçəlin bayramda başlarına gələn ən maraqlı məqamları da olduğu kimi tamaşaçılara təqdim etməyə çalışacağıq. Bayram konsertinin “Bahar qızı” isə Azərbaycanının gözəl qızı, “Eurovision-2009” mahnı müsabiqəsində Araşla birlikdə üçüncü yeri qazanmış Aysel Teymurzadə olacaq”.
Rejissor qeyd edib ki, Aysellə bərabər digər estrada müğənniləri də konsert proqramında öz mahnılarını səsləndirəcəklər.
Lalə Yusifqızı

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28