İçərişəhərdə yeni maddi mədəniyyət nümunələri aşkarlanıb
02 mart 2010 14:30 (UTC +04:00)

İçərişəhərdə yeni maddi mədəniyyət nümunələri aşkarlanıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin tamamilə dəyişdirilməsi işləri həyata keçirilir. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, aparılan işlər zamanı bir sıra maraqlı artefaktlar aşkar edilib. Belə ki, Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxıb, həmçinin orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri aşkar olunub. Arxeoloji material içərisində saxsı qab qırıntıları və əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar çoxluq təşkil edir. “Tarix və mədəniyyət abidələrin qorunması haqqında” Qanununa müvafiq olaraq, tapıntılar aşkar olunduğu yerlərdə işlər dayandırılıb və Milli Elmlər Akademiyasına məlumat verildikdən sonra bir qrup tanınmış arxeoloqlar tərəfindən əraziyə baxış keçirilib.

Milli-mədəni irsin öyrənilməsi işində arxeoloji axtarışların əhəmiyyətini nəzərə alaraq, bu ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Aşkar edilmiş tapıntılar İçəri Şəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07