İTV Novruz çərşənbələrində bayram konsertləri verəcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) bu gündən etibarən hər Novruz çərşənbəsini bayram konserti ilə qeyd edəcək. Bu barədə APA-ya İTV-nin mətbuat xidmətindən bildirilib. Bu dəfə də İTV-nin həyətində bayram tonqalı qalanacaq, el sənətkarları çıxış edəcək, eləcə də dəvət olunan qonaqlar Novruz ənənələri ilə bağlı danışacaqlar. Bu bayram konserti hər həftənin çərşənbə axşamı 18:15-dən etibarən İctimai televiziya ilə canlı yayımlanacaq. Novruzun 4 çərşənbəsini canlı xüsusi priqram və konsertlərlə qeyd etmək ənənəni Azərbaycan teleməkanına gətirən İTV-nin bayram proqramı bu dəfə TRT-AVAZ vasitəsi ilə də yayımlanacaq.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti 2009-cu ildəki uğurlarına görə “İlin Televiziya və Radio Şirkəti” adına layiq görülüb. “Business Time” jurnalının təsis etdiyi mükafatın təqdimat mərasimi “Buta Palace”da olub.
Mükafatı Şirkətin Beynəlxalq əlaqələr və hüquq departamentinin direktoru Adil Kərimli qəbul edib. Təqdimat mərasimində 2005-ci ildən fəaliyyət göstərən İctimai Teleradionun 2009-cu ildə bir çox uğurlara imza atdığı diqqətə çatdırılıb. Bu uğurlar sırasında Türkdilli ölkələrin ortaq televiziyasının fəaliyyətə başlaması, Azərbaycanın “Eurovision-2009” mahnı müsabiqəsində 3-cü yerə sahib olması xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, televiziya 2009-cu ilin mart ayında Konstitusuyaya əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendum və dekabrın 23-dəki bələdiyyə seçkiləri prosesini bütün ölkə ərazisində canlı bağlantılar quraraq uğurla işıqlandırıb. İctimai Televiziya Kann kinofestivalını, Vyana Filarmoniya orkestrinin konsertini, “World Music Awards” kimi bütün dünyada izlənən böyük layihələri də ötən il Azərbaycan auditoriyasına eksklüziv yayımlayıb.
İctimai Teleradio dünyanın 57 ölkəsinin 75-dən çox teleradio qurumunun rəhbərlərinin iştirakı ilə keçiriləcək EBU-nun 2010-cu il yay sessiyasına ev sahibliyi edəcəyi isə bu uğurlar sırasında xüsusilə qeyd edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti eyni zamanda Parlament Jurnalisrlər Birliyinin təsis etdiyi “İlin tərəfsiz” telekanalı mükafatına da layiq görülüb. Şirkətin Baş direktoru İsmayıl Ömərov kanalın fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib. Baş direktor İctimai Teleradionun daim milli-mənəvi köklərə sadiq qaldığını, kanalın əməkdaşlarının yüksək peşəkarlığı və tərəfsizliyi ilə fərqləndiyini bildirib.

1068