“PEN” kluba Güney Azərbaycan adı ilə ilk üzv qəbul olunub
18 fevral 2010 14:30 (UTC +04:00)

“PEN” kluba Güney Azərbaycan adı ilə ilk üzv qəbul olunub

Yaşadığı ölkədən asılı olmayaraq, mühacirətdə olan soydaşlarımızın uğurları bizləri də sevindirir. Bu günlərdə şair və türkoloq Süleymanoğlu dünyanın tanınmış Beynəlxalq Yazarlar dərnəyinin (PEN CLUP İNTERNATİONAL) Fransa bölümünə yazar, şair kimi üzv qəbul olunub.

Bir sıra dartışmalardan sonra PEN-klubun Fransa bölümü, soydaşımız Süleymanoğlunun istəyi, açıqlamalarına əsaslanaraq, onun üzvlüyünü Güney Azərbaycan yazarı kimi təsdiqləyib.

Xatırladaq ki, Süleymanoğlu bu bölümün ilk güney azərbaycanlı yazar üzvüdür. Bundan başqa o, Parisdə Şərq dilləri və Mədəniyyəti üzrə Universitetin Azərbaycan türkcəsi və ədəbiyyatı bölümündən ilk dəfə olaraq, Süleymanoğlunun əsərləri Fransada türkologiya ilə bağlı dərsliyə salınıb. Güney Azərbaycanla bağlı ədəbiyyat Parisin türkoloji universitetində maraqla qarşılanıb. Süleymanoğlunun və adı hələlik məlum olmayan başqa bir güney azərbaycanlının əsərlərindən hissələr fransızcaya tərcümə edilərək, dərsliyə belə salınıb.

Hüseyn Süleymanoğlu 1961-ci ildə Güney Azərbaycanın Şahsevən elinin Yarcanlı – Bələşli anadan olub. O, Azərbaycan türkcəsi ilə yanaşı fransız dilində də şeirlər və publisistik yazılar yazır. 1983-ci ildən Fransada sürgündə yaşayır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07