Xanəndə Zabit Nəbizadə Avropa turnesinə gedir
Azərbaycanın əməkdar artisti Zabit Nəbizadə yanvarın 27-də Avropaya qastrol səfərinə yola düşəcək.
Bu barədə Lent.az-a xanəndənin özü məlumat verib. Z.Nəbizadə yanvarın 28-29-da Hollandiyada, 30-31-də isə Belçikada solo konsertlə çıxış edəcək. Xanəndəni tarda Ələsgər Məmmədov, kamançada isə Xəyyam Məmmədov müşayiət edəcək. 2 saatlıq 4 konsert proqramının birinci hissəsi muğam, ikinci hissəsi isə təsniflərdən ibarət olacaq: “Çalışacağıq ki, Azərbaycan muğamının böyüklüyünü bir daha avropalı dinləyicilərə çatdıra bilək. Repertuarımıza “Çahargah”, “Şur”, “Mahur” muğamlarını, bədxahlarımızın belə göz dikdiyi “Sarı gəlin” klassik xalq mahnısını və qədim təsniflərimizdən bir neçəsini daxil etmişik” - deyə muğam ifaçısı bildirib.
Qeyd edək ki, ölkədə muğam və klassik musiqilərimizə göstərilən xüsusi dövlət qayğısının nəticəsi olaraq gerçəkləşən belə qastrol səfərlərində Z.Nəbizadə aktiv iştirak edir. Ötən il Mərakeşdə keçirilən milli musiqiçilərin beynəlxalq festivalında ölkəmizi təmsil edən əməkdar artist 2009-cu ildə 10-dan artıq müxtəlif ölkədə Azərbaycan mədəniyyətini təbliğ edib.

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15