“Əlixan Səmədovun sayəsində özümü orada gördüm...”
Türkiyəli gənc musiqiçi Alp Akmaz Azərbaycan musiqi alətinə olan sevgidən sənətə gəlib. Lent.az-ın məlumatına görə, bu haqda gənc musiqiçi Türkiyə mətbuatına müsahibəsində danışıb: “Orta məktəbdə məzun olduğum vaxtlarda tətildə Qarsa gedərkən maşında çalınan “Balaban” adlı albom məni çox təsirləndirdi. 24 saat boyunca o albom səsləndi və atama İstanbula dönən kimi o balaban adlı aləti alacağımı söylədim. İstanbula qayıtdıq və mən musiqi mağazalarının birində o aləti tapdım. Əslində gördüyüm türklərin balabana oxşar aləti mey imiş. O vaxt bunun fərqini hiss edə bilməmişdim. Atamla məsləhətləşdim, o aləti almaq istədiyimi dedim. Sən demə, balaban ustası Əlixan Səmədov atamın dostu imiş. Atamın xahişini yerə salmayıb, mağazaya gəldi”.
Alp Akmaz sənəti Əlixan Səmədovun sayəsində daha yaxından sevdiyini etiraf edib: “O, Azərbaycandan gətirdiyi balabanı mənə hədiyyə etdi. Əlixan bəy istedadımı kəşf etdi və mən balaban kursuna qatıldım. Və Əlixan Səmədovun sayəsində özümü konsertlərdə gördüm. Məqsədim balabanı dünyada tanıtmaq və musiqi adına böyük işlər görməkdir”.
Lalə Yusifqızı

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15