Telman Adıgözəlov: “Birinin adını çəkəcəyəm...”
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlovun Lent.az-a müsahibəsi.
- Özünüzü necə hiss edirsiniz?
- Hələ ki yaxşıyam. Günün çıxmasına, küləyin əsməsinə, yazın gəlməsinə baxıb sevinə biliriksə, deməli yaxşıyıq.
- Bəs sənət aləminə baxanda necə, onda da sevinə bilirsiniz?
- Sənət sahəsinə baxanda mən şəxsən sevinə bilmirəm. Filmlərimiz, televiziya tamaşalarımız çox az çəkilir. Yeni ssenarilər, dramaturgiya ürəkaçan səviyyədə deyil. Buna görə narazılıq etməyə dəyməz. Çünki kimdənsə narazı olanda o saat həmin adamın xətrinə dəyir. Bizim sevimli dramaturqlarımız da məni görəndə çox qəribə bir istehza ilə “hə, əsər yoxdur”, - deyirlər. Mən həmişə deyirəm ki, bizim sənətimiz asılı sənətdir. Yəni, dramaturq yazır, rejissor pyesi, ssenarini işləyir. Üçüncü mərhələ seçim mərhələsidir. Bizi – aktyorları seçirlər. Biz seçə bilmirik. Ona görə də bu seçimə düşməyəndə və ya seçim sayı az olanda qəribə təzadlar yaranır. Bir şeyi nəzərə almaq lazımdır ki, zaman yerində dayanmır. Və vaxt keçdikcə biz aktyorlar yaşa doluruq. Hər yaşınsa öz hökmü var. Hər yaşa, dövrə uyğun olaraq, özümüzü yeni obrazlarla əks etdirə bilərdik. Yaşa dolduqca, təcrübə qazandıqca yaradıcı adam kimi səni daxildən həyəcanlandıran anları əks etdirən müşkül bir pyesdə oynamaq istəyirsən. Amma daxilinə uyğun pyeslər, ssenarilər olmayanda, kasadlıq yarananda ürəyində bir nisgil qalır, obraz tapmayanda təəssüflənirsən. Saatın əqrəbləri irəlilədikcə hiss edirsən ki, o mərhələni də əldən çıxardın. Çox heyf.
- Niyə ürəyiniz istəyən rolları sizə vermirlər? Deyilənlərə görə, teatrda rollar pulla satılır. Yəqin rol almağa pulunuz yoxdur.
- Aktyor yeganə peşə adamıdır ki, onun maddi sərvəti, neməti olmur. Onun dava-şavası yalnız və yalnız yaradıcılıqla bağlı məsələlərinin təmin olunmasıdır. Çalışır ki, sənətlə bağlı istəkləri həyata keçirilsin. Bunu görməyəndə daxildən bir üsyan qalxır, “ömrümüz gedir və biz niyə tamaşalarda oynamırıq” kimi narazılıqlar başlayır. Əbülfəs Qarayev və Elçin Əfəndiyevin dəvəti ilə teatrın 17 aktyoru ilə görüş keçirildi. Orada teatrın problemlərindən danışıldı. Bizim istəyimizi, mürəkkəb halları soruşdular. Biz də bunları müzakirə etdik, teatrdakı bəzi narazılıqlardan danışdıq. Dedik ki, gözəl bir bina istifadəyə veriləndən sonra ona uyğun da yaradıcılıq nümayiş etdirmək lazımdır. Bina adi daşdır, onu insanların ruhu ilə doldurmaq lazımdır.
- Nədən ibarətdir teatrdakı narazılıqlar?
- Məsələn, aktyorlarımız, mən də daxil olmaqla repertuar sarıdan, dekorasiyadan narazıyıq. İndi lazer effektləri ilə dekorasiyalar qururlar. Səhnəyə monitor qoyurlar ki, arxa sırada oturan tamaşaçı aktyorun üzünü görsün. Yeni texnologiya ilə optik fokuslar edirlər. Təbii ki, yeni texnologiyalar da səmimiyyət olmadan heç bir effekt verməz. Daxilən orqanik oynamalısan. Bəzən elə olur ki, teatrda yıpranmış, heç bir hadisəni əxz etməyən pyeslər səhnəyə qoyulur. Adi söz yığımından ibarət əsər qoyulur. Pyes konfliktdən ibarət olmalıdır. Ümumbəşəri mövzulara toxunmaq lazımdır. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ona görə klassikadır ki, onlar heç vaxt kolxozdan, sovxozdan yazmayıblar.
- Bəs niyə siz deyən əsərlər səhnəyə qoyulmur? Bu məsələ kimdən asılıdır?
- Əvvəllər teatrda Bədii Şura olurdu. Orda aktyorlar, rejissorlar yığışıb pyesi oxuyurdular, hərə də öz fikrini deyirdi. Ondan sonra milli şüura, bəşəri ideologiyaya yaxın olan əsər qəbul olunurdu. Bədii Şura ləğv olunandan sonra fərdi şəkildə pyeslərin qəbulu başlandı. Ona görə də bu problem yarandı. Sərəncamçı direktorumuz Maqbet Bunyadov yaxşı təşkilatçıdır. Amma nostalji hisslərə qapılıb bir məqalə yazmışdı. Orda sanki bizim üzərimizdən bir xətt çəkmişdi. Ancaq Maqbet Bunyadov bir nüansı unudub ki, biz də bu məktəbi keçmişik, bu məktəbin yetirmələriyik, hazırda da oynadığımız rolların öhdəsindən gəlirik. Bizim bu potensialımız mütləq genetik enerjiyə çevrilməlidir. Mərahim Fərzəlibəyov əvvəllər gözəl əsərlər tamaşaya qoyub. Amma son zamanlar... Bütün bu narazılıqlara görə, biz vicdanlı aktyor kimi yığışıb söhbət etdik. İndi biz ancaq öz gölündə üzən, başqa dənizləri, okeanları görməyən ördəklər kimiyik. Dünyaya inteqrasiya etmək lazımdır. Bir-birimizi tərifləyərək, heç nə əldə etmək olmaz. Hərdən aşağı səviyyəli pyeslərlə, müəyyən tamaşaçı zövqünü qane etməklə özümüzü aldatmamalıyıq. Biz tələb edirik ki, gözəl pyeslər yazılsın. Belə bir fikir var – “Əsər nə qədər millidirsə, o qədər də beynəlmiləldir”. Ümumbəşəri mövzulara toxunmaq lazımdır. Nə qədər ki, kiçik problemlərə toxunacağıq, o qədər də dünya teatrından uzaq düşəcəyik. Həm fikir, həm də dramaturji cəhətdən zövqlər də dəyişib. Camaat daha çox yumora, əyləncəyə meyllidir. Bu da teatrın bu zaman kəsiyində, itirilmiş vaxtda göstərdiyi zəifliyin nəticəsidir. Anşlaq deyilən söz ki var, bax ona nail olmalıyıq. Yenə teatrın kassaları dağılsın, biletlər tapılmasın. Akademik Milli Dram Teatrı yenə bir nömrəli teatr olsun. İndi zəmanə dəyişib. Nəsə deyəndə onu başqa cür qəbul edirlər. Deyirlər, “mənim bostanıma daş atır”. Biz bunu teatrın imzalar içində imzası olması üçün deyirik. Hər halda mən istəyərəm ki, millətim bu sahədə də irəli getsin. Gəlin sənət adamları hamımız yığışaq, Azərbaycan teatrının inkişafı uğrunda bir iş görək. Məsələn, niyə bizim aktyorlarımız da Hollivudda çəkilməsin? Görün biz nə qədər kiçilmişik ki, Hollivud aktyoruna dahi kimi baxırıq. Onlar da bizim kimi insandırlar. Sadəcə şərait lazımdır. Aktyor var ki, günü 7 min dollara çəkilir. Ən az çəkilən 1500 dollar alır. Aktyorun maddi durumu yaxşı olmalıdır ki, incəsənət barədə düşünə bilsin.
- Bəs konkret olaraq sizin sosial təminatınız necədir? Aktyor maaşı ilə dolana bilirsiniz?
- Əlbəttə ki, aktyor maaşı ilə dolanmaq mümkün deyil. Mən Prezident mükafatı alıram, buna görə çox minnətdaram. Əmək haqqımın nə qədər olduğunu deməyəcəyəm. Amma heç qaneedici deyil. Adi mağaza işçisi aktyordan çox maaş alır. Aktyora pul ona görə lazım deyil ki, öyünsün, ya hardasa özünü göstərsin. Onsuz da aktyorun reklama ehtiyacı yoxdur. Amma aktyorun geyimi gözəl olmalıdır. Ən tanınmış brendlərdən geyinməlidir. Bir də görürsən, adi bir işçi elə geyinib, bahalı maşından düşür ki, mat qalırsan. Hələ ədasından bir neçə küknar ağacı yıxılır. Amma cəmiyyətə heç bir xeyir vermir. Aktyorun fikri orda qalmamalıdır ki, işıq pulunu necə çatdıracağam, hələ qaz pulu da o yandan gəldi. Aktyor heç olmasa, orta vəziyyətdə dolanmalıdır ki, beyni məişət probelmlərilə məşğul olmasın. Yalnız sənət barədə düşünsün. Filmlərdə, televiziya tamaşalarından o qədər qonorar almalıdır ki, həyatını keçindirsin. Bir də ki indi populyarlıq xəstəliyə çevrilib sanki, hamı məşhur olmaq istəyir. Elə bilirlər ki, bu, ən asan sənətdir. O gün bir nəfər mənə deyir, “bu oğlanı da apar teatra, yaxşı gülməli oğlandır”. Bir dahi deyib ki, incəsənət zənginlərin sənətidir. Stanislavski özü kübar ailədən olub. Boş vaxtlarında bağlarında səhnə düzəldib pyeslər tamaşaya qoyublar. Bu, onların həyat tərzinə çevrilib. Mən demirəm biz milyonçu olaq, adımız milyonçuların siyahısına düşsün. Amma hər aktyorun evi də olmalıdır, maşını da, dincəlməyə bağı da. Kirayədə qalan gənc aktyorlarımız var, amma yenə də bu sənətdən əl çəkmirlər.
- Sizin necə, eviniz, bağ eviniz var?
- Evim var, amma darısqaldır. Övladlarım artıq böyüyüb. Bağ evim də heç bilmirəm hə deyim, yoxsa yox. Əgər belə demək olarsa var. 12 ildir tikirəm, hələ bir tərəfə çıxara bilməmişəm. Elə ortalıqda qalıb. Gedib baxıram, ürəyimdən qara qanlar axıdıb qayıdıram. Dövlət tərəfindən mənə ev verilməsi barədə danışmaq istəməzdim. Bir dəfə təqdimat olub amma cavab gəlməyib. Qəribədir ki, müğənnilərin prodüsserlərinə də ev verilib, amma biz aktyorlar qalmışıq kənarda. Nədənsə mənim başım həmişə dərdli olub. Mən əməkdar artist adını da, xalq artisti adını gec almışam.
- Tamadalıq etməyinizin səbəbi maddi durumla bağlıdır?
- Bu barədə mən ümumiyyətlə, heç vaxt danışmıram. Çünki bunun sənətə heç bir dəxli yoxdur.
- Deyirlər, əsaslı təmirdən sonra teatrda köklü islahatlar olacaq. Hansı islahatların olmasını istərdiniz?
- Mən istərdim ki, teatrımızda aktyor studiyaları yaransın. Bacarığı, potensialı olan hər aktyor və rejissorun öz tələbələri olsun və özünün məktəbi yaransın. Necə ki, vaxtilə Adil İsgəndərovun, Mehdi Məmmədovun məktəbi olub. Dekorasiyalarda böyük dəyişikliklər olmalıdır. Səhnə rəssamlarına imkan yaradılmalıdır ki, istədikləri dekorasiyaları, texnologiyaları tətbiq etsinlər. Bilmədiklərini də xaricdə kursa gedib öyrənsinlər. İstərdim ki, teatrda kiçik idman, rəqs, vokal məşğələləri keçirilsin. Mən bunu 20-30 ildir deyirəm, elə belə də nəticəsiz qalıb. Kompüter otağı da olmalıdır ki, yerli və dünya ədəbiyyatı orada toplansın, istənilən vaxt oxumaq mümkün olsun. Ən əsası isə maaş məsələsidir. Şou gəlir gətirən sahədir, teatrsa əksinə. Bu sənət daha çox ideologiyaya xidmət edir. Mən demirəm ki, biz işləməyək, bizə havayıdan pul versinlər. Amma nəsə bir stimul olmalıdır. Səttar Bəhlulzadə Kəpəzin başının dumanlı, çiskinli anını görmək üçün bütün günü orda dayanıb gözləyib. Aktyor da, rejissor da bax o cür ilhamla işləməlidir. İlhamla işlənən ssenari, rol mütləq sensasiyaya səbəb olacaq. Tamaşaçını cəlb edəcək və maddiyyat da düzələcək. Mən həmişə deyirəm ki, teatra gələn tamaşaçı ya ağlamalıdır, ya da gülməli. Aktyor oyunu, rejissor düşüncəsi elə olmalıdır ki, oturacaqda oturan tamaşaçını yaxşı mənada cərəyan vursun. Teatr hipnoz otağı deyil ki, gəlib yatsınlar, tamaşa qurtarandan sonra da oyanıb evə getsinlər. Teatr vulkandır, od püskürməlidir. Mənim heç bir rejissorla, dramaturqla intriqam yoxdur. Sadəcə gəlin, Azərbaycan teatrını, Azərbaycan kinosunu düşünək.
- Azdramada elə bir əsər var ki, tamaşaçını siz deyən kimi cərəyan vursun?
- Əlbəttə var. Mən demirəm ki, teatr tamam məhv oldu. “Dəlilər və ağıllılar”da tamaşaçılar həm gülürdü, həm də təəccüblənirdi. Ramiz Novruzun “Hələ sevirəm deməmişlər” tamaşası... O rolu oynayandan sonra mən bir həftə özümə gələ bilmirəm.
- Niyə Qarabağdan bəhs edən, vətənpərvərlik ruhunda olan tamaşalar az səhnələşdirilir?
- Onun səbəbini mən bilmirəm. Yaxşısı budur, qoy deyim ,mənim öz səhvimdir. Çünki birinin adını çəkəcəyəm, üstümə düşəcəklər. Axı bunu gərək teatr özü düşünsün. Bununla bağlı yazıçı, dramaturqlara müraciət etmək lazımdır. Vətənpərvərlik ruhunun aşılanmasında ilk növbədə televiziyaların üzərinə yük düşür. Bütün kanallarda vətənpərvərlik verilişləri var. Amma onun təqdimatı cəlbedici deyil. Başqa variantlarla təqdimat tapmaq lazımdır. Vətənpərvərlik nağıllardan aşılanmağa başlamalıdır. Ədəbiyyat oxumayan gəncə vətənpərvərliyi, tarixi teatrla aşılamaq olar. Teatr bir nömrəli ideologiya yeridir. Düzdür, teatrın özünün perspektiv planı olmalıdır. Amma zaman nəyi tələb edirsə, ondan da istifadə etmək gərəkdir. Problemi tamaşaçının beyninə yeritmək lazımdır. Bir də ki fikrimcə, hər aktyora onun daxili aləminə, estetikasına uyğun bir baş rol verilməlidir. Yoxsa, bir nəfəri qəhrəman edirlər, o biri aktyorlar da qalır kənarda və yaşları gedir, qocalırlar. Bütün aktyorlara fürsət vermək, imkan yaratmaq, gəncləri də sınamaq lazımdır. Biz bura işləməyə gəlmişik.
- Amma deyəsən bəzən işləməyə qoymurlar...
- Ola bilər. Elə rejissorlar var ki, onların öz dəstəsi var. Bir neçə pyes hazırlayır, eyni aktyorları da ora cəlb edir. O biri aktyor da gəlib söhbətini edir, çayını içir və məğrur şəkildə çıxıb gedir, dərdini içində çəkir. Əgər bir aktyoru öldürmək istəyirsənsə, ona rol vermə, diqqətdən kənar saxla. Lap dahi aktyor da olsa, özündən şübhələnməyə başlayacaq ki, yəqin istedadı yoxdur. Mən düşünürəm ki, qəhrəman obrazı yaradan aktyor həyatda sözünü deməyi bacarmalıdır. Ruhən nökər olan aktyor padşah rolunu heç vaxt oynaya bilməz.
- 30 ildən çoxdur Akademik Dram Teatrında çalışırsınız. Hansı dövrü yaradıcılığınızın intibah dövrü hesab edirsiniz?
- Hissə-hissə olub. Teatra təzə gəldiyim vaxtdan 10 il ərzində tamaşalarım çox olub. Sonra keçid dövründə 7 il mənə rol vermədilər, 7 il ömrümü aldılar. Kiminsə kimdən xoşu gəlirdi deyə ona rol verirdi. Mən də olmuşdum düşmən. Sağ olsun, Azər Paşa Nemətov gələndən sonra mənim intibah dövrüm başladı. “Paris, Paris” əsəri ilə start götürdüm. Sonra ardı gəldi. İndi də şəxsən mənim oynadığım bütün tamaşalar repertuardan çıxarılıb. Təkcə Axundovun “Dərviş Məstəli şah” əsəri qalıb ki, o da 6 aydan bir oynanılır. Səbəbini isə bilmirəm.
- Sizi tamaşaçılar daha çox komik aktyor kimi tanıyırlar. Amma siz həmişə çox tragikomik obrazlar arzusunda olmusunuz. Niyə rejissorlar sizin o yönünüzü görmürlər?
- Çünki onlara bu asandır. Tragikomik rol üçün baş sındırmaq lazımdır axı. Bir də ki bu rejissorun daxilindən gəlməlidir. Vaqif İbrahimoğlu Tədris Teatrında 1978-ci ildə Cəfər Cabbarlının bir itmiş pamfletini səhnəyə qoymuşdu. Mən orda bir tragikomik rol oynamışdım. Digər belə bir rolum “Hələ sevirəm deməmişlər” tamaşasında oldu. Bütün bu illər ərzində cəmi iki tragikomik obraz, vəssalam.
- Bəs filmlərdə sizi niyə görmürük?
- Mənim 11-12 filmim var. Oqtay Mirqasımovun “Gün aydın mələk” filmində də baş rejissor rolunda oynamışam. Amma nədənsə o filmləri göstərmirlər. Ondan sonra heç bir filmdə rol almamışam. Son vaxtlar istehsal olunan filmlərə də çəkilməmişəm - əgər onlara film demək olarsa... Mən Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Tofiq Tağızadə kimi rejissorlar görmüşəm. Eldar Quliyev məni heç vaxt filminə çəkməyib. Görünür, bir aktyor kimi onlara maraqlı deyiləm. Məsələn, Yavər adlı çox gözəl düşüncəli bir rejissor vardı. Məni də öz filminə çəkmək istəyirdi. Amma ona da imkan vermədilər. Bir də görürsən, klip çəkən rejissora film verirlər ekranlaşdırsın. Mən də klip çəkərəm. Hansı bir “bərk gedən” klipmeyker də klip çəksin, mən də, görək hansımız daha yaxşı çəkər. Klip çəkən rejissorla rəqabət aparıramsa, deməli mən də rejissoram? Rejissorluq sənətdir. Mən heç vaxt rejissor ola bilmərəm. Hərə öz işiylə məşğul olmalıdır.
- Sizcə, televiziya tamaşaları niyə əvvəlki kimi məşhurluq qazanmır?
- Çünki bunun üçün xüsusi pyeslər seçilmir, yazılmır. Bir də gördün, yeni bir rejissor yığır öz qohum-əqrəbasını ətrafına televiziya tamaşası çəkir. Pulu da bölüşdürür, elə bil sexdir. İndi incəsənətə münasibət dəyişib, sənətə biznes kimi baxırlar. Axı bu şou deyil. İncəsənətdə gərək hamı yerində olsun. Yaxşı ki, AzTV hərdən televiziya tamaşası çəkir. Özəl televiziyaların o qədər pulu var, amma bir dəfə də olsun televiziya filmi çəkməyib. İndiyədək görməmişəm ki, bir normal rejissor çağırıb, normal aktyorlar yığsınlar. Çöldən, bayırdan kim keçdi efirə çıxarırlar. Düzdür, cavanlara yol vermək lazımdır, amma potensialı olanlara. Bir də ki aktyorlara xüsusi diqqətlə yanaşmaq lazımdır. Çünki onlar fədaidirlər, qurban verəndirlər. Aktyor var ki, 60-70 yaşı var hələ də heç nəyə nail olmayıb. Nə ev-eşiyi var, nə də başqa şeyləri. Amma teatra daxil olanda hər şeyi unudur, elə bil həyata qayıdır. Belə şəxsləri diqqətdən kənar saxlamaq faciədir.
- Necə düşünürsünüz, “Evləri göydələn yar” televiziya tamaşası ”Evləri köndələn yar” kimi məşhurlaşıb sevilə biləcək?
- ”Evləri köndələn yar” da əvvəl-əvvəl sevilməmişdi. İllər keçdikcə tamaşaçılar tərəfindən daha çox sevilməyə başladı. Ümid edirəm ki, “Evləri göydələn yar” da belə olar. Təəssüf edirəm ki, Afaq Bəşirqızı, Fəxrəddin Manafov, Atabala Səfərov tamaşada oynamadılar. Səbəbini bilmirəm, amma camaat onları görmək istəyirdi. Bir də ki, yeni tamaşada bir az uzunçuluq var, məncə, daha lakonik olmalıdır. Yəqin ki, onları korreksiya edəcəklər.
- Telman müəllim, belə bir fikir var ki, siz nəsil aktyorlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi aktyorların kölgəsində qaldınız, onlar qədər məşhurlaşa bilmədiniz. Bu haqda siz nə düşünürsünüz?
- Xeyr, bu, düzgün fikir deyil. O sənətkarlar səhnədə olanda biz hələ gənc aktyorlar idik, təbii ki, onlar qədər sevilə bilməzdik. Ancaq dövr özü də çox şey deyir. O vaxt Sovet dönəmi idi, qapalı bir zamandı. Yalnız say-seçmələr səhnəyə çıxırdı. Mən özüm haqda heç nə deyə bilmərəm, amma sevilən aktyorlarımız var. Əlbəttə Yusif Vəliyev, Məlik Dadaşov, Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi sənətkarlardan bir də heç vaxt olmayacaq. Onlar sözün əsl mənasında korifeylər idi.
Xəyalə Muradlı

2436