Şəxsi həyatı ilə də tez-tez gündəmə gələn Türkiyənin milli komandasının futbolçusu Berke Özerin yeni sevgi münasibəti bəlli oldu.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, məşhur qapıçının daha əvvəl dilə gətirdiyi "eşq" xəyalı qısa müddətdə gerçəyə çevrildi.
Məlumatlara görə, Berke Özer yeni bir eşqə yelkən açıb. Daha əvvəl "sevgilim alma soyub bıçağın ucu ilə mənə yedirtsin, belə bir eşq istəyirəm" deyən futbolçu axtardığı sevgini bəlkə də tapıb.
Xatıladaq ki, Özer bu sözləri ilə diqqət çəkmişdi: "Artıq sakit, səssiz, şousuz bir eşq istəyirəm. Evə gəlim, şamlar yandırılsın. Xanımım alma soyub bıçağın ucu ilə mənə yedirtsin, belə bir eşq istəyirəm. Evlilik xəyalım budur."
Məlum olub ki, Berke Özer fransız model Gloria Dinov ilə eşq yaşayır. Dinov sosial media hesabında bu iddiaları təsdiqləyən bir paylaşım edib.
Sevda Rumi