“Eurovision”un milli yarımfinalında finala 3 namizəd çıxacaq
Bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də “Buta Palace”da keçiriləcək milli yarımfinal konsertində altı namizəddən üçü finala keçəcək.
Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətindən APA-ya verilən məlumata görə, fevralın 2-də keçirilən milli seçimlərdən yarımfinala vəsiqə qazanan altı namizəd hazırladığı mahnıları ifa edəcək.
Namizədlərin, eləcə də konsertin qonaqlarının ifalarından sonra milli münsiflər heyətinin qərarı ilə finala keçən üç namizədin adı məlum olacaq. Daha sonrakı mərhələdə isə həmin üç namizəddən biri Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək şansı qazanacaq.
Qeyd edək ki, 55-ci “Eurovision” müsabiqəsinin mayın 25-i və 27-də yarımfinal, 29-da isə final mərhələsi keçiriləcək. “Eurovision-2010” müsabiqəsində Avropanın 39 ölkəsi iştirak edəcək.

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15