Həmidə Ömərova yeni tele-layihədə
Kinoaktyorlar Gildiyasının ofislə bağlı problemi hələ də aradan qalxmayıb.
Gildiyanın sədri Həmidə Ömərovanın Lent.az-a verdiyi məlumata görə, təşkilat məsələ ilə əlaqədar bəzi qurumlara müraciət etsə də, heç bir müsbət cavab ala bilməyib: “Ofisimiz olmadığı üçün iclaslarımızı ayrı-ayrı yerlərdə keçiririk. Hazırda bu, bizim əsas problemimizdir”.
Həmidə Ömərova hazırda gildiyanın 400 üzvü olduğunu və getdikcə bu sayın artdığını bildirib.
ANS-də yayımlanan “Zərif çərşənbə” verilişində aparıcılıq fəaliyyətinin dayandırılmasına gəlincə, aktrisa bunun sırf ailə problemləri ilə əlaqədar olduğunu vurğulayıb. Hələ dəqiq məlumat vermək istəməsə də, yaxın müddətdə aktrisa kanalların birində növbəti layihə ilə çıxış edəcək.
Xəyalə Muradlı

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15