“20 yanvar abidə-kompleksi”nin tikintisi başa çatdı
Bakının “20 yanvar” dairəsində 1990-cı ilin 20 yanvar faciəsi qurbanlarını xatirəsinə həsr olunmuş kompleksin qurulması işləri başa çatıb. Ərazidə yaşayanların Lent.az-a verdiyi məlumata görə, tamamlama işləri artıq yekunlaşıb və bu gün komleksin ətrafı təmizlənib: “Yalnız əsas abidənin üzərinə örtük çəkilib”.
Azərbaycan prezidentilə razılaşdırılan və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sərəncamı ilə qurulan “20 yanvar abidə-kompleksi”nin bu il yanvarın 20-də açılışı olacağı gözlənilir.
Kompleksin tikintisinə 2009-cu ilin oktyabrından başlanılmışdı.
Qeyd edək ki, bu il 20 yanvar faciəsinin 20-ci ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin bölmələri Azərbaycanda milli-azadlıq hərəkatını yatırmaq üçün Bakıda qırğın törədiblər. 130 nəfərdən çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb. Həmin vaxt şəhid olanların əksəriyyəti Şəhidlər Xiyabanında dəfn edilib.
Pərvin ABBASOV

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15