
“Rafiq Tağı öldü, gəlin müsahibə verin...”
Rafiq Tağı öldü...
Rafiq Tağı öldü, gəlin müsahibə verin,
Əlinizə imkan düşüb, maraqlı xatirələr danışın...
Şərif Ağayar desin ki,
Rafiq Tağı mənim hekayələrimi oxuyanda ağlayırdı....
Yubanan olmasın, Azadlıq Radiosu veriliş hazırlayır,
Çıxış edərkən orda, nə olar, qalın geyinməyin -
Rafiq Tağının oğlu baxar sizə,
Ağlar...
Rafiq Tağı öldü,
niyə ekranda siz yekə görünürsünüz,
Dostu ölənə oxşamırsınız...
Burnu yekə, başı yekə, başının tükü kəndir görünürsünüz,
Axı siz Rafiq Tağını necə sevə bilərsiniz...
Rafiq Tağı haqqında danışan gərək qarışqa boyda olsun,
Özü də ora-bura qaçsın
Üşüsün,
Yuvasını axtarırmış kimi
Yuvasını tapmamış kimi...
Rafiq Tağı öldü,
İlahi... siz nə gözəl danışırsınız
Elə bil uzun müddət məşq eləmisiniz...
Mən sizdən şübhələnirəm, məndən qaçın,
Deyəsən siz demokrat olmaq istəyirsiniz...
Xəbər verin deputatlar gəlsin,
Kameralar hazırdı...
Yeddi divar o üzə
Rafiq Tağının qızı
“Ata, ata...” yazırdı
göz yaşıyla yanaqlarına.
Siz Allah, güldürməyin o qızı...
Oxşar yazılar

Xalq artisti Valentina Talızina vəfat etdi
21 iyun 2025 , 13:25
Kino axşamı üçün 5 maraqlı film - VİDEO
21 iyun 2025 , 09:50
Yaşayan 10 ƏN VARLI rəssam
20 iyun 2025 , 15:08
Saqisiz, badəsiz məst olduğum məkan, hələ də sərxoşam
20 iyun 2025 , 12:25
Dilarə Əliyevanın qardaşının SON DURUMU
20 iyun 2025 , 11:14
Ölənə qədər özləri haqqında şok həqiqətləri gizlədən 10 ULDUZ
19 iyun 2025 , 13:41
"Netflix"də ən çox izlənən filmlər -VİDEO
18 iyun 2025 , 18:55