Bu gün İdman Filmləri Festivalının açılışıdır
Oktyabrın 9-dan 11-dək Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq İdman Filmləri festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 20-dək ölkənin qatıldığı bu tədbirdə 50-dən çox bədii və sənədli film nümayişi gözlənilir. Festivalın təntənəli açılışı oktyabrın 9-da saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
9 oktyabr saat 17:30-da isə Nizami Kino Mərkəzinin Mətbuat klubunda Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.
Münsiflər heyətində dünya kinematoqrafiya və idman aləmində böyük nüfuza malik simaların təmsil olunacağı festivalda filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcək. Festival iştirakçıları ən yüksək mükafat - "Qran-Pri" ilə yanaşı "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" müsabiqə nominasiyalarında iştirak edəcəklər. Bundan əlavə münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da veriləcək.
Jalə

Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52