Dünyaca məşhur rəqs qrupu Azərbaycanda
05 oktyabr 2012 17:14 (UTC +04:00)

Dünyaca məşhur rəqs qrupu Azərbaycanda

Danimarkanın dünyaca tanınmış rəqs qrupu olan National Danish Perfomance Team (NDPT) Bakıda master-klasslar keçiblər. Lent.az-ın məlumatına görə, media mənsubları ilə görüşən qrup jurnalistlərin suallarını cavablandırıb. Gənclər və İdman Nazirliyinin dəvəti ilə şəhərimizə təşrif buyuran və ifalarında əsasən, akrobat rəqslərinə üstünlük verən rəqs qrupu, ilk dəfə olaraq Azərbaycana gəldiklərini və bu səfəri təkrarlayacaqlarını açıqlayıblar. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qrupun Bakıda oktyabrın 8-də Əl Oyunları Sarayında xüsusi şou nümayiş etdirəcəklərini deyib. R.Abbasov bildirib ki, daima yeniliklərlə imza atan Gənclər və İdman Nazirliyi bu cür sürpriz layihələri davam etdirəcək.


Konfransda National Danish Perfomance Team (NDPT) meneceri Mette Mogensen,
mətbuat katibi Bjarke Hal, təlimatçı Anders Bidstrop, gimnastlar Malthe Hahn və Katrine Myrup iştirak ediblər. Mette Mogersen qrupun 33 nəfərdən ibarət olduğunu nəzərdə çatdırıb: “İlk dəfədir Azərbaycandayıq və bu bizim üçün çox xoşdur. Bakıda Qız Qalası, İçəri Şəhər, Yanardağ da olmuşuq və olduqca böyük zövq aldıq. Deyə bilərik ki, Bakı olduğumuz şəhərlərdən fərqli və maraqlıdır. Buranın mədəniyyəti, insanları, qədim tarixi bizi cəlb etdi və biz yenidən Azərbaycana gəlmək niyyətindəyik”.


Bjarke Hal deyib ki, qrup Azərbaycandan sonra Kolumbiya, Meksika və digər bu kimi ölkələrdə şoularını nümayiş etdirəcək. Onun sözlərinə görə, qrup oktyabrın 8-I Bakı səhnəsində xüsusi və yaddaqalan şou nümayiş etdirəcək. Üzvlər 7 geyimdə Bakı əhlinin qarşısına çıxacaq. Rəqs növlərindən danışan gimnastlar Malthe Hahn və Katrine Myrup, istənilən rəqs növünün onlar üçün maraqlı olduğunu qeyd ediblər. Qrup üzvləri eləcə də Bakıda keçirilən FİFA U-17 Futbol üzrə qızlararası Dünya Çempionatından xəbərdar olduqlarını və bu oyunlarda iştirak arzularını dilə gətiriblər. Tədbirdə eləcə də qrupa online suallar səsləndirilib.


Dünyanın bir çox ölkələrində öz şouları ilə böyük maraq qazanan National Danish Perfomance Team, 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup mütəmadi olaraq tur menecerləri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238

Oxşar yazılar