Bakıda 4-cü Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir
Bakıda 4-cü Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Kainat” Gənclik Mərkəzinin reallaşdırdığı bu layihənin əsas məqsədi muğam ənənələrini yaşatmaq və milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünya miqyasında tanıtmaqdır.
İlk dəfə 17 il öncə Respublika miqyasında təşkil olunan Uşaq Muğam Festivalı hal-hazırda 4-cü ildir ki, beynəlxalq səviyyədə reallaşmaqdadır. 2009-cu ildə start götürən 1-ci Beynəlxalq Uşaq Muğam Festivalının işində yalnız 1 ölkə (Özbəkistan) iştirak edirdisə, hal-hazırda təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla 8-ə çatıb.
May ayından başlanan seçim turları sentyabr ayında yekunlaşıb. Azərbaycanı bu festivalda müxtəlif regionlardan gənc istedadlar təmsil edir.
Təşkilat komitəsinin qərarı ilə aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edilib:
baş mükafat Gran-pri, pul mükafatı, 1-ci yer, 2-ci yer, 3-cü yer, beş həvəsləndirici.
Yuxarıda qeyd olunan nominasiyalardan əlavə finala vəsiqə qazanacaq hər bir iştirakçı Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunacaq. Baş mükafatın sahibi və digər qaliblər üçün isə xüsusi diplomlar təsis edilib.
Qaliblərin müəyyən edilməsi onların çıxışlarından dərhal sonra baş tutacaq. Mükafatlandırma mərasimi isə bütün çıxışların yekununda müəyyənləşəcək.
Qeyd edək ki, Festivalın final mərhələsi oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Jalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27