Yazıçı teatrlardakı tamaşalardan narazıdır
“Qoy məndən inciməsinlər, mən bu gün teatrlarda yaxşı dram əsərinə rast gələ bilmirəm. Ciddi dram əsərlərinin yaranması prosesi ləng gedir. Bu da teatrımıza bir növ zərbədir. Nəsə yeni nəsil həvəsdən düşüb, teatra az maraq göstərir”. Lent.az-ın məlumatına görə, bunu tanınmış yazıçı Vidadi Babanlı “Gənclərin II Ümumrespublika Teatr Festivalı”nın keçirilməsi haqqında təəssüratlarını bölüşərkən deyib. Onun sözlərinə görə, gəncləri əvvəlki kimi teatra qaytarmaq üçün bu cür festivallar kimi layihələrə çox böyük tələbat var. Yazıçı bildirib ki, bu məsuliyyəti hər bir ziyalımız öz üzərinə götürməlidir: “Birinci növbədə, hesab edirəm ki, bu festival gəncləri teatra gətirəcək, onlarda maraq oyadacaq. Digər tərəfdən, gənclər öz yaradıcılıq məhsullarını ortaya qoyub, yaxşı mənada yarışacaqlar. Bu festival gənclərin dramaturgiyaya da həvəsini gücləndirəcək. Axı teatrımızın bu gün ciddi problemlərindən biri də dramaturgiya problemidir”.
Vidadi Babanlı son günlər teatrda qoyulan tamaşaları bəyənmədiyini deyir: “Son vaxtlar səhhətimlə bağlı teatrlara gedə bilmirəm, ordan-burdan eşidirəm ki, hansısa tamaşalar qoyulub. Amma çoxları tərəfindən bu tamaşalar bəyənilmir. Bəlkə də haqlıdırlar. Əslində teatr bahalı sənət növüdür. Dekorasiyalar, səhnə tərtibatı üçün maddi dəstək lazımdır. Bir tərəfdən bu dəstək dövlət tərəfindən göstərilir, amma ortaya layiqli iş çıxarmaq da yaradıcı heyətin üzərinə düşür. Nə deyim, teatrlarda əvvəlki izdihamı, anşlaqı görə bilmirəm. Amma sovet dönəmində bu maraq çox güclü idi”.
Qeyd edək ki, Ekologiya mövzusuna həsr olunan sözügedən layihə Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27