Fizulinin ölümündən 20 il sonra köçürülən əlyazmanın surəti tapılıb
Azərbaycanın Polşadakı səfirliyinin köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bu ölkənin Varşava, Poznan, Vrotslav, Krakov şəhərlərinin kitabxanalarında saxlanılan bir neçə əlyazmanın surətini əldə edib.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu əlyazmalar arasında 1689-cu ildə katib Nizaməddin Əhməd tərəfindən köçürülmüş Nizami “Xəmsə”si (1289 səh.) və 1576-cı ildə, şairin ölümündən 20 il sonra köçürülmüş Füzuli divanı var.
Buraya şairin “Nişançı Paşaya məktub (“Şikayətnamə”)” nəsr əsəri də əlavə edilib. Füzuli divanının Əlyazmalar İnstitutunda saxlanılan ən qədim nüsxəsi onun ölümündən 16 il sonra köçürülüb. Yeni nüsxənin Bağdadda köçürüldüyü qeyd edilib. Katib adını divanın sonunda sərvi xətti ilə şifrələyib.
Əldə edilmiş əlyazmalar arasında Saib Təbrizinin gözəl xətlə köçürülmüş divanı, 1731-ci ildə Dədə Şahidi Müğləvinin “Töhfeyi-Şahidi” lüğəti, Əhmədi ibn Məhəmməd Qəffari Qəzvininin tarixə dair “Cahanarayi-Qəffari” (“Nigaristan”) əsəri, Nuri Əmin Əfəndinin 1811-ci ildə qələmə aldığı “Lətaifi-Xaca Nəsrəddin” lətifələr toplusu da yer alıb.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27