Şakira Bakıya hamilə gəlir
0
0
Məşhur kolumbiyalı müğənni Şakira İspaniya milli komandasının və “Barselona”nın futbolçusu Jerar Pikedən hamilədir. Lent.az-ın məlumatına görə, bu barədə meqastarın özü şəxsi saytında rəsmən açıqlama verib.
O bildirib ki, Pikedən ilk uşağını gözləyir: “Jerar və mən ilk uşağımızın olacağına çox xoşbəxtik”.
Lakin Şakira uşağın nə vaxt doğulacağını açıqlamayıb. O, tərəfdarlarına məlumat verib ki, həftəsonu ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək musiqi festivalına qatılmayacaq. Lakin estrada ulduzunun oktyabrın 14-də Bakıda verəcəyi konsert qüvvədə qalır.
Qeyd edək ki, əvvəllər mətbuatda kolumbiyalı müğənninin 2013-cü il yanvarın sonlarında övlad dünyaya gətirəcəyi yazılıb. Həmçinin, övladın oğlan olacağı və ona Ulisito adının veriləcəyi bildirilib.