Türkiyəli yazar Bakıda bir sıra görüşlər keçirib - FOTO
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə ölkəmizdə səfərdə olan görkəmli türk yazıçısı və ədəbiyyatşünas alim professor-doktor İskəndər Pala Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovla görüşüb. Lent.az-ın məlumatına görə, qonağı salamlayan Ziyafət Əsgərov “bir millətin iki dövləti”ni təmsil edən elm və sənət adamları arasında əməkdaşlıqdan məmnun olduğunu qeyd edib, iki ölkə arasında parlamentlər səviyyəsindəki yüksək münasibətdən söz açıb.
Ziyafət Əsgərov millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşən bu səfər və görüşün də iki ölkə arasındakı qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İskəndər Pala Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Milli Məclis sədrinin I müavininə məlumat verərək, bir alim və yazıçı olaraq burada ona göstərilən yüksək qonaqpərvərliyə və yaradıcılığına bəslənən marağa görə öz təşəkkürünü bildirib. O, qardaş ölkələr arasındakı qarşılıqlı əlaqələrin inkişafında millət vəkilləri kimi, yazıçıların, alimlərin də üzərinə vəzifələr düşdüyünü ifadə edib.
Türkiyəli qonaq daha sonra Azərbaycan Yazıçılar Birliyində (AYB) Birlik rəhbərliyi və bir qrup yazıçı, şairlə də görüşüb. Xalq yazıçısı, AYB sədri Anar İsgəndər Palanın Azərbaycana gəlişindən və bilavasitə AYB-yə təşrif buyurmasından məmnunluq ifadə edib. Yazıçı ilə şəxsən və yaradıcılığı etibarı ilə tanış olduğunu bildirən xalq yazıçısı onun iki romanının Bakıda işıq üzü görməsini alqışladığını, türk divan ədəbiyyatı üzrə tədqiqatlarının da Azərbaycan dilinə uyğunlaş¬dırılaraq AYB tərəfindən nəşr edilməsini təklif edib.
AYB sədri Anar millət vəkili, AYB-nin üzvü Qənirə Paşayevanın Türkiyə ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrə verdiyi töhfələri qeyd edərək, onun rəhbərlik etdiyi ictimai birlik tərəfindən önəmli layihələrin keçirilməsindən məmnun qaldığını deyib.
İskəndər Pala ədəbiyyatşünas və bir yazıçı olaraq Yazıçılar Birliyində görüş keçirməsinin xüsusi anlam daşıdığını vurğulayıb. O, Anarın, eləcə də bir çox digər Azərbaycan yazıçılarının əsərlərini oxuduğunu bildirib.
Sonra görüş iştirakçılarından xalq şairi Fikrət Qoca, AYB katibləri Arif Əmrahoğlu və Rəşad Məcid, “Ulduz” jurnalının redaktoru Elçin Hüseynbəyli, ədəbiyyatşünas Əsgər Rəsulov, yazıçı-publisist Əkbər Qoşalı və başqaları öz fikir və mülahizələrini bölüşüblər. İskəndər Pala görüş iştirakçılarının bir sıra suallarını cavablandırıb.
Hər iki görüşün sonunda qonaq bir neçə kitabını hədiyyə edib, xatirə şəkli çəkilib.

866