Müller ölüm ayağında
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kiyev Mərkəzi Xəstəxanasının baş həkimi, Ukrayna Səhiyyə Nazirliyinin baş kardiocərrahı Boris Todurov söyləyib.
Leonid Bronevoy hazırda süni nəfəs aparatı ilə nəfəs alır. Bu gün müşahidə olunan tendensiyaya əsasən Leonid Bronevoyin səhhətinin yaxşılaşacağına inandıqlarını dilə gətirən baş həkim xəstənin yaşı və xəstəlik nəzərə alınarsa, uzunmüddətli proqnoz verməyin mümkün olmadığını qeyd edib. O, yaxın günlərdə xəstənin vəziyyətinin necə dəyişəcəyinin məlum olacağını vurğulayıb.
Qeyd edək ki, Leonid Bronevoy “Lenkom” teatrının qastrol səfəri ilə bağlı sentyabrın 8-də Moskvadan Kiyevə gəlib. Qastrol səfəri sentyabrın 17-də başa çatıb, sentyabrın 18-də isə Leonid Bronevoyin vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib .
Leonid Bronevoy 1928-ci il dekabrın 17-ə Kiyevdə anadan olub, Daşkənd Teatr İncəsənəti İnstitutunu bitirib. O, 50-dən çox kinoda çəkilib. Leonid Bronevoy “Baharın on yeddi anı” filmində Müller, “Aqonii” filmində Manuylov, “Bu həmin Minhauzendir” filmində hersoq, “Pokorov qapıları” filmində Velyurov rollarını oynayıb.

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37