İskəndər Pala “güllələnmiş heykəllər”i ziyarət etdi
Bakıda səfərdə olan məşhur türk yazıçısı və ədəbiyyatşünas alim İskəndər Pala Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi və Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş “güllələnmiş heykəllər” kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykəlləri ziyarət edib. Abidə və heykəllər qarşısına gül qoyan Türkiyəli yazıçıya 20 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verilib.
Millət vəkili Qənirə Paşayeva Bülbül, Natəvan və Üzeyir bəy Hacıbəylinin heykəllərinin Bakıya gətirilməsi hadisəsi barədə qonağa məlumat verərək, Azərbaycanda dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısının adı ilə bağlı “Üzeyir günləri“nin başlandığını da qeyd edib.
Qeyd edək ki, İskəndər Pala Bakıya Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə gəlib.

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film
21 avqust 2025 , 13:34
Tarantino ən yaxşı flmlərini sıraladı
21 avqust 2025 , 10:38
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı
21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB
20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi
20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı
19 avqust 2025 , 13:57