İosif Kobzon: “Həyat yoldaşımla bal ayımızı məhz Azərbaycanda, Göygöldə keçirmişik”
APA-nın məlumatına görə, “Ya lyublu tebya jizn” adı altında keçirilən konsertdə İosif Kobzon repertuarındakı ən yaddaqalan mahnıları ifa edib. Konsertə İosif Kobzonun həyat və yaradıcılığını əks etdirən xüsusi video materialın nümayişi ilə başlanılıb. Səhnədə müğənnini uzun illərdir əməkdaşlıq etdiyi orkestr və xor kapellası müşayiət edib. İosif Kobzon ənənədən kənara çıxaraq səhnədə konsertin başlanğıcından 45 dəqiqə müddətində fasiləsiz və tamaşaçılarla salamlaşmadan mahnılar ifa edib. Onun ifaları səhnədə quraşdırılmış xüsusi ekranda ifaçının fotolarının nümayişi ilə müşayiət olunub.
45 dəqiqəlik fasiləsiz ifadan sonra Azərbaycanda tamaşaçıları salamlayan İosif Kobzon, zalda 42 illik həyat yoldaşının əyləşdiyini qeyd edərək, onu tamaşaçılara təqdim edib: “Biz çox sevdiyim həyat yoldaşımla 42 ildir ailəliyik. Bizim 7 nəvəmiz var. Azərbaycan hər ikimizin çox sevdiyi, hər zaman zövq aldığımız və xatirələrlə dolu bir məkandır. Onu deyim ki, biz bal ayımızı da məhz Azərbaycanda, Göygöl də keçirmişik. Azərbaycanda çox olmuşam və son illər gəldiyimdə burdakı inkişafa çox sevinirəm. Burada çox qonaqpərvər, istiqanlı qarşılanıram. Hər gəlişimdə bu ölkəyə daha çox vuruluram. Bu səhnə mənə çox əziz və doğmadır”. İosif Kobzon çıxışı zamanı azərbaycanlı tamaşaçıları 18 sentyabr – Milli Musiqi Günü ilə təbrik edib, Üzeyir Hacıbəylinin, eləcə də Müslüm Maqomayevin doğum günlərini xatırlayıb. O, Üzeyir Hacıbəylinin çox böyük bəstəkar olduğunu vurğulayıb. Çıxışından sonra Kobzon tamaşaçı zalında əyləşmiş həyat yoldaşının şərəfinə mahnı ifa edib. 75 illik yubiley konsertinin sonuncu konsert olduğunu deyən İ.Kobzon, səhnədən ayrılmağın əsas çətinliyindən danışıb: “Mənim üçün səhnədən ayrılmaq ona görə çətindir ki, bu gün mənimlə bərabər səhnədə olan bu kollektivlə uzun illərdir çalışırıq. Biz bir ailəyik və mənə ən ağrılı gələn budur. Bu kollektivdən ayrılmaq çox çətindir”. Konsert boyu İosif Kobzon yaxın dostu olmuş Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevi də xatırlayıb: “Yaşıma görə çox yaxşı qalmışam və sözsüz bu baxımdan itirdiyim çox az şey olub. Amma hər gecə gözümü yumanda həyatımda nə qədər əziz itkilərin olduğunu görürəm və bu mənə çox ağırdır. Müslüm Maqomayevlə yaxın dost olmuşuq və onun yoxluğu məni incidir. Bu mahnını isə ona həsr edirəm və deyirəm ki, onu hər zaman xatırlayıram”. Rusiyalı müğənni Bakıdakı sonuncu konsertində Rəşid Behbudovu da xatırlayıb və onun repertuarından bir mahnı ifa edib.
İosif Kobzon konsertində Kəmaləddin Heydərova da təşəkkür edib. K.Heydərovun Baba Vəziroğlunun sözlərinə bəstələdiyi və Heydər Əliyevə həsr etdiyi “Sən elə bir zirvəsən” mahnısını ilk dəfə rus dilində təqdim edib. Həmin mahnının ifası zamanı ekranda mərhum prezident Heydər Əliyevin müxtəlif illərdəki kadrları nümayiş etdirilib.
Konsertdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Dostluq” medalı ilə təltif olunan İosif Kobzonu təbrik edib və bu mükafatı müğənniyə təqdim edib. Ə.Qarayev görkəmli musiqiçini Azərbaycanda, Bakı səhnəsində salamlayıb və yaddaqalan konsertə görə təşəkkürünü bildirib. Mədəniyyət və turizm naziri eləcə də İ.Kobzona prezident İlham Əliyevin salamlarını və təbrikini çatdırıb: “Dövlət başçısı Fransada səfərdə olduğu səbəbindən bu gün bu konsertdə iştirak edə bilməməsindən üzüldüyünü bildirdi. Cənab İlham Əliyev bildirdi ki, bu konsertdə iştirak edə bilməsə də, mütləq 80 illik yubileyi münasibəti ilə Bakıda verəcəyi konsertdə iştirak edəcək”. İ.Kobzon da öz növbəsində dövlət başçısı İlham Əliyevə təşəkkürlərini çatdırıb, lakin o, 80 illik yubileyi ərəfəsində belə bir konsert verə bilməyəcəyini bildirib: “Düzdür, konsert vermək üçün gəlməyəcəyəm, amma Azərbaycanın gözəlliyindən zövq almaq üçün bundan sonra da tez-tez gələcəyəm. Bu torpaq daima istedadlı, istiqanlı, vətənsevər övladlar yetişdirir və bu ölkəni çox sevirəm”.
İki hissəli konsert yalnız dəvətnamə ilə olub. Müğənninin ifaları alqışlarla qarşılanıb və ona gül dəstələri təqdim edilib. Müğənninin yubileyi ilə əlaqədar 11 ölkədə yubiley konserti keçiriləcək və bununla da İosif Kobzon konsert karyerasına son qoyacaq.

1804