Türkiyənin məşhur yazıçısı Bakıda
17 sentyabr 2012 16:36 (UTC +04:00)

Türkiyənin məşhur yazıçısı Bakıda

Türkiyənin tanınmış yazıçısı İskəndər Pala sentyabrın 16-da Bakıya gəlib. Lent.az-ın məlumatına görə, yazıçı ilk öncə “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) rəhbər heyəti ilə görüşüb.

Yazıçını və onun xanımını salamlayan millət vəkili, ABAİ İB sədri Qənirə Paşayeva onların respublikamıza səfərindən məmnunluq duyduğunu, səfər münasibəti ilə zəngin proqram tərtib olunduğunu bildirib.

İ. Pala Bakıya səfərə gəlməkdən, qardaş ölkə Azərbaycanda çoxsaylı oxucuları olması və burada sevilən imzalardan biri olduğunu eşitməsindən dərin məmnunluq duyduğunu bildirib. O, qarşılıqlı ədəbi əlaqələrin, kitab nəşrinin və mübadiləsinin mədəniyyətin inkişafına xidmət etdiyini vurğulayıb.

Sonra qonaq və onun xanımı Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, eyni zamanda Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət e edib. Daha sonra yazıçı İçərişəhərlə, o cümlədən Şirvanşahlar Saray kompleksi ilə tanış olub.

AMEA-nın Tarix muzeyində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru Nailə Vəlixanlı ilə görüşən İ. Palaya Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini özündə əks etdirən muzeyin tarixi, Azərbaycan tarixşünaslığının dünəni və bu günü barədə ətraflı məlumat verilib. Daha sonra Türkiyənin məşhur yazıçısı N. Gəncəvi adına Ədəbiyyat muzeyini ziyarət edib. Qonağa muzeyin bu günü və yaradıcılıq planları barədə geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15