Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı böyük tədbirlər keçiriləcək
Lent.az-ın məlumatına görə, tədbirlərdə iştirak üçün Gəncə şəhər İcra Hakimiyyətinin dəvəti ilə dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmail Serageldin, Türk Milli Kitabxanasının direktoru Dr. Tuncel Acar, Gürcüstan Milli Kİtabxanasının direktoru Dr. Georgi Kekelidze, Hindistanın ən böyük əlyazma arxivi olan qədim Allama İqbal Kitabxanasının direktoru Dr. Abdul Majid Azərbaycanda səfərdə olacaqlar. Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmayıl Seragəldin və İngiltərə Kraliyyət Akademiyasının rəhbəri Baronessa Susan Greenfield Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz rolunu, zaman və məkan daxilində xalqlar arasında mədəni körpü rolunu oynadığını vurğulayaraq, Azərbaycanın Birinci xanımının rəhbərliyi ilə Heydər Əliyev Fondunun dünya miqyasında Azərbaycan mədəniyyətini və onun parlaq nümayəndəsi olan Nizami Gəncəvinin təqdim olunması istiqamətində gördüyü işlərin əhəmiyyətindən bəhs edən məqalələr yazıblar.
Qeyd edək ki, Nizami Gəncəvinin 870 illik yubiley mərasiminə İsgəndəriyyə Kitabxanasının Qəyyumlar Şurasının üzvləri olan Latviyanın sabiq Prezidenti Dr. Vaira Vike-Freiberga, Qırğızıstanın sabiq Prezidenti Roza Otunbayeva, İngiltərə Kraliyyət Akademiyasının rəhbəri, dünyanın 20 ən nüfuzlu alimindən biri Baronessa Susan Greenfield, YUNESKO-nun Komissarı və BMT-nin Elektron Hökumət Komissiyasının sədri Səfir Valter Füst və bunlarla yanaşı Kəşmir Universiteti, John Hopkins Universiteti, Oxford Universiteti, Gürcüstan Universiteti nin rəhbərliyidə qatılacaqdır.
Gəncə şəhər İcra Hakimiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Dr. İsmayıl Seragəldin və Prezident Vaira Vike-Freiberganın iştirakı ilə Ankara, İstanbul, Tbilisidə Milli Kitabxanalarda, tanınmış ali təhsil müəssisələrində mühazirələr təşkil olunacaq, Gürcüstan Universitetində Nizami Gəncəvi mərkəzi açılacaq, Azad Gürcüstan Universitetində Şərqin iki dahi mütəfəkkiri, iki qardaş ölkənin dünya mədəniyyətinə töhfəsi - Şota Rustaveli və Nizami Gəncəvi mövzusunda Mədəniyyətlərarası Dialoq konfransı keçiriləcək.
Oktyabrın 1-2-də Bakıda ilk dəfə Nizami Gəncəvi Beynəlxalq Mükafatının təqdimatı olacaq. 2012-ci il ilk mükafat Nizami irsinin qorunması və dünyada təbliği və Azərbaycan mədəniyyətinin, tarixinin dostları nominasiyası üzrə
İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmayıl Seragəldinə
Latviyanın sabiq Prezidenti Dr. Vaira Vike-Freiberga
Türkiyə Cümhuriyyətinin sabiq Prezidenti Süleyman Dəmirələ
Qırğızıstanın sabiq Prezidenti Dr. Roza Otunbayevaya
YUNESKO-nun Komissarı, Koffi Annan Fondunun direktoru Səfir Valter Füstə
Oksford Universitetinin Professoru, Heriot Vatt Universitetinin rektoru, İngiltərə Kraliyyət Akademiyasının Prezidenti Baronessa Susan Greenfieldə təqdim olunacaq.
Tədbirə Madrid Klubu, Metropolitan Muzeyi, Bavariya Kitabxanası, Nyu-York İctimai Kitabxanası, İngiltərə Kitabxanası, Viktoriya və Albert Muzeyi və bir sıra digər tanınmış mərkəzlər tərəfdaşlıq edir.

2517