“Varlı qadın” Başqırdıstanda
Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən türk xalqlarının V “Tuqanlıq” Beynəlxalq Teatr Festivalı çərçivəsində A.Salavatov adına Dağıstan Dövlət Kumık Musiqili Dram Teatrının kollektivi dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası ilə çıxış edib. Dramaturqun Lent.az-a verdiyi məlumata görə, Başqırdıstan Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa uğurla keçib və tamaşaçıların hərarətli alqışları ilə müşayiət olunub.
2011-ci ilin martından başlayaraq, Kumık teatrının repertuarında özünə yer eləmiş “Varlı qadın” teatrın “ən çox baxılan” tamaşası kimi “Tuqanlıq” festivalına vəsiqə alıb. “Varlı qadın”ın quruluşçu rejissoru Rusiyanın əməkdar incəsənət xadimi İslam Qazıyevdir. Əsas rollarda teatrın aparıcı aktyorları Rusiyanın əməkdar artisti Baysoltan Osayev, Dağıstanın xalq artistləri Tutuxanım Osayeva, İmaməddin Akauddinov, Məmmədkamil Cabukov, Nəriman Akavov və başqaları məşğuldur.
Onu da deyək ki, ölkəmizin və bir çox xarici ölkələrin teatrlarında iyirmiyə yaxın premyerası olan “Varlı qadın”ı Tacikistanın Dövlət Gənclər Teatrı da 2008-ci ildə Orta Asiya Ölkələrinin II Beynəlxalq Teatr Festivalına çıxarıb. Alma-Atada keçirilən həmin festivalda “Varlı qadın” iki nominasiya üzrə festivalın qızıl medalına layiq görülüb.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27