
Natəvanın 180 illik yubileyi qeyd olunacaq
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 180 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının və digər ədəbiyyatsevərlərin qatılacağı zəngin proqrama malik tədbirdə şairənin həyat və fəaliyyətindən söz açılacaq, ona həsr olunan səhnə və ekran əsərlərindən parçalar nümayiş ediləcək, sözlərinə bəstələnmiş musiqi əsərləri, o cümlədən muğam üçlüyünün ifasında nümunələr səsləndiriləcək, bədii qiraət ustalarının ifasında şeirləri oxunacaq.
Tədbir sentyabrın 14-ü, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tədbir prezident İlham Əliyevin 3 aprel 2012-ci il tarixli Sərəncamına əsasən keçirilir.
Tədbir sentyabrın 14-ü, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tədbir prezident İlham Əliyevin 3 aprel 2012-ci il tarixli Sərəncamına əsasən keçirilir.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11