“Dolu” İsmayıllıda - FOTO
10 sentyabr 2012 15:29 (UTC +04:00)

“Dolu” İsmayıllıda - FOTO

Aqil Abbasın eyniadlı romanı əsasında ssenarini yazdığı, rejissoru Elxan Cəfərov olan “Dolu” filminin bölgələrdə nümayişi başlayıb. Lent.az-ın məlumatına görə, paytaxt kinoteatrı “Nizami”də üç dəfə nümayiş olunandan sonra, film avqustun 8-də İsmayıllıda təhsil işçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər üçün göstərilib.

Təqdimatdan öncə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin uğurlu alınmasından danışıb və bildirib ki, Qarabağ döyüşlərini ekranlaşdırmaq xalqımızın vətənpərvərlik əzminin yüksəlməsinə böyük təkandır.

Filmin rejissoru Elxan Cəfərov da öz növbəsində həm Bakıda, həm də İsmayıllıda tamaşaçıların “Dolu”ya böyük maraq göstərdiklərini və alqışlarla qarşıladıqlarını xüsusi qeyd edərək, hər kəsə minnətdarlığını bildirib.

Tamaşaçılar filmdən riqqətə gəldiklərini uzun sürən alqışlarla bildiriblər.
Filmin nümayişindən sonra İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov yaradıcı heyətlə görüşüb. Film barəsində xoş təəssüratlarını bölüşən başçı nümayiş olunan ekran əsərini müasir Azərbaycan kinosunun nümunəsi adlandırıb.

“Dolu”nun ilk olaraq İsmayıllıda göstərilməsinin səbəb çəkilişlərin 70 faizinin bu bölgədə aparılması olub. İsmayıllılar “Dolu”dakı kütləvi səhnələrdə rol alıblar, rayon ictimaiyyəti əlindən gələn köməyi əsirgəməyib. Yaradıcı heyət filmin ilk nümayişini məhz buna görə onlara hədiyyə edib.

Sonda “Dolu”-nun yaradıcı heyəti, rayon ictimaiyyəti və qazilər Qarabağ savaşında 175 şəhid verən İsmayıllı rayonunun Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37