Gənc Tamaşaçılar Teatrı  85-ci teatr mövsümünə start verdi
03 sentyabr 2012 15:04 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı yeni teatr mövsümünə başlayıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə teatrda geniş tədbir keçirilib. Tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85-ci mövsümə qədəm qoyması münasibətilə təbrik nitqi söyləyib.

Xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunduğunu deyən nazir müavini bildirib ki, Azərbaycandan olan teatr nümayəndələri bir sıra Avropa ölkələrinə sənət mübadilələri məqsədilə dəvət olunublar. O, bildirib ki, proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb və həmin binalar istismara verilib. Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140-cı teatr mövsümünün açılışı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaqdır. Bildiyiniz kimi ötən il 139-cu teatr mövsümü əsaslı təmir olunan Mingəçevir Dövlət Dram Teatrında keçirilmişdir. Bundan başqa ilin sonuna Ağdam Dövlət Dram Teatrının təmirinin başa çatacağı nəzərdə tutulur. Bir il ərzində ölkə teatrlarında 109 tamaşa təhvil verilirsə, bunlardan 50-si dövlət sifarişli, qalan 59-u isə teatrın daxili imkanları ilə ərsəyə gəlir. Bu əvvəlki illərlə nisbətdə olduqca böyük rəqəmdir”.

Bu ilin sentyabr-dekabr aylarında ölkəmizin ev sahibliyi edəcəyi Beynəlxalq tədbirlər haqqında ətraflı məlumat verən nazir müavini noyabr ayının 5-7-də baş tutacaq Azərbaycanda II Beynəlxalq Teatr Konfransının önəmini diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk dəfə 2010-cu ildə həyata keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı Beynəlxalq Teatr Konfransı təcrübə mübadiləsi zəminində olduqca uğurlu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590

Oxşar yazılar