Sabir Rüstəmxanlı: “ Aktyorların dolanışığı elə acınacaqlıdır ki...”
“Bizə ideya lazımdır” devizi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalına təqdim olunan ssenarilərin yoxlanılması davam edir. Lent.az-ın məlumatına görə, ssenarilərin qəbuluna başlayan gündən ölkənin tanınmış incəsənət xadimləri, yazarları festival haqqında fikirlərini səsləndiriblər. Bu dəfə isə millət vəkili Sabir Rüstəmxanlı festivalın əhəmiyyətindən söhbət açıb: “Mən eşidəndə ki, belə festivallar keçirilir, sevinirəm. Ona görə ki, teatrın inkişafına kömək edən, gənclərin teatra olan marağını artıran layihəni yalnız alqışlamaq olar. Ümid edirəm ki gənclərdə teatra olan marağı artıracaq, istedadlı gəncləri teatra cəlb edəcək”.
Sabir Rüstəmxanlı teatrlara marağın azlığından şikayətlənərək, bununla bağlı təbliğatın zəif olduğunu deyib: “Ailəvi olaraq teatrlara getmək ənənəsi demək olar ki, unudulub. Hansı ki, əvvəllər hər kəs ailəlikcə yeni səhnələşdirilən tamaşanın premyerasına gedərdi, tamaşaları gözdən qoymazdı. Bilirsinizmi, uşaq gərək körpəlikdən teatra getmək, tamaşaçı kimi yetişmək vərdişi qazansın. Amma bu gün uşaqları mütəmadi olaraq teatrlara aparmırıq, orta məktəblərdə bu iş həyata keçirilmir. Yalnız körpə uşaqlar uşaq bağçasından ara-sıra Kukla Teatrlarına aparılır. Hansı ki, uşaqlara teatrı sevdirmək lazımdır. Elə televiziyalarımızda da teatrlar, tamaşalar təbliğ olunmur”.
Millət vəkili səbəb kimi televiziyalarda efirə gedən serialın çox olmasını göstərib: “Əvvəla, bəllidir ki, televiziyanın inkişafı, filmlər, seriallar tetralarda məzmunsuz, bir-birini təkrarlayan, eyni adamların boz tamaşaları da teatra olan marağın günü-gündən azalmasına gətirib çıxarıb. Hansı ki, teatra gələn hər bir adam 2-3 saat müddətində zövq almalıdır, maraqları təmin olunmalıdır. Bu tamaşalarda həmçinin yüksək səviyyədə aktyor oyunu olmalıdır. Amma aktyorların bu saat dolanışığı, yaşamı o qədər acınacaqlı, aşağı səviyyədədir ki, hətta komik bir rolda belə üzlərində müsibət hiss olunur. Buna görə də teatra əvvəlki həvəs qalmayıb. Təəssüf ki, teatrlarımızda mədəni hava pozulub, atmosfer çirklənib. Bir də görürsən hansısa bir tamaşada bir məqam xoşa gəlib, dərhal uşaqlar fit çalmaqla münasibət bildirirlər. Gənclər özlərini teatrda apara bilmirlər. Çox vaxt tamaşalara tum çırtlaya-çırtlaya gəlirlər. Teatr özü balaca bir dünyadır. Bu dünyada bir həyat canlandırılır, insanların gözü qarşısında bir yaradıcılıq dünyası canlandırılır. Bu yaradıcılığa da hörmət hissi olmadıqca uşaqlarımızı da o teatra istədiyimiz şəkildə cəlb edə və istədiyimizə nail ola bilmirik”.
Sabir Rüstəmxanlı bu xaosdan qurtarmağın yolunu da söyləyib: “Teatr sahəsində ciddi islahatlar aparılmalıdır. Bu islahatlar aparılmadan teatrın inkişafından söhbət gedə bilməz. Bir də teatr sahəsində bu cür festivalların keçirilməsinə çox ehtiyac ar.
Qeyd edək ki, layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

1590