699 tarix və mədəniyyət abidəmiz işğal olunan ərazilərdədir
30 avqust 2012 19:23 (UTC +04:00)

699 tarix və mədəniyyət abidəmiz işğal olunan ərazilərdədir

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə yeni aşkar olunan tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı üzrə tədbirlər davam etdirilir və prosesin yaxın aylarda tamamlanması nəzərdə tutulur. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 abidə yer alıb ki, bunlardan 699-u Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşir.



2006-cı ildən başlayan yeni aşkar olunan abidələrin qeydiyyatı prosesində 1725 obyekt dövlət qeydiyyatına alınıb və onlarda ilkin mühafizə tədbirləri gücləndirilib. Bunlar əsasən arxeoloji tədqiqatlar zamanı aşkar edilən, müasir dövrümüzdə tikilən və memarlıq üslubuna, plan həllinə görə fərqlənən, əvvəlki qeydiyyata alma zamanı nəzərə alınmamış obyektlərdən ibarətdir.



"Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında" 13 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən toplanan materiallar, yeni aşkar olunan obyektlərin siyahısı baxılması və müvafiq əhəmiyyət dərəcəsinin müəyyən olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarına təqdim ediləcək.



Müvafiq rəylər alındıqdan və abidələrin ümumi inventarlaşdırılması aparıldıqdan sonra tarix və mədəniyyət abidələrinin yeni dövlət siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar