Millət vəkilləri “Fəridə”ni yola saldılar
Reklam çəkilişləri üçün Azərbaycana gələn, “Çalıquşu” serialında Fəridə obrazı ilə yadda qalan Türkiyənin tanınmış aktrisası Aydan Şener Bakını tərk edib. Lent.az-ın məlumatına görə, aktrisanı yola salmaq üçün ziyafət təşkil edilib. Şoumen Murad Dadaşovun dəvəti ilə hazırlanan tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Ceyhun Osmanlı, xalq artisti Brilliant Dadaşova, teleaparıcı Nərgiz Cəlilova və digər tanınmışlar iştirak ediblər.
Millət vəkilləri aktrisa ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıb, bir sıra təkliflər də səsləndiriblər.
Aydan Şener Azərbaycanı çox sevdiyini deyərək, Fəridə obrazı ilə azərbaycanlıların xatirəsində qaldığı üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib.
Qeyd edək ki, Aydan Şener bir neçə gündür, Azərbaycandadır. Masallıda və Bakıda reklam çəkilişlərinə qatılan aktrisa yaxın aylarda Azərbaycan və Türkiyənin ortaq yayımı olan yeni serialda baş rolda oynayacaq.

Oxşar yazılar

Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26