Ceyhun Əsgərov: “Ərizəmi öz istəyimlə yazdım...”
Tovuz rayonunda fəaliyyət göstərən Türkel TV kanalının rəhbəri Ceyhun Əsgərov işdən qovulması ilə bağlı xəbərlərə aydınlıq gətirib. Bu barədə Lent.az-a məlumat verən Ceyhun Əsgərov bildirib ki, o, öz şəxsi istəyi ilə işdən çıxmaq haqqında ərizə yazıb: “Heç kim deyə bilməz ki, mən işdən qovulmuşam. Bu, yalandır. Mən öz istəyimlə ərizəmi yazmışam. Amma hələlik işdəyəm. Mənim missiyamın nə vaxt başa çatacağını isə hələlik bilmirəm”.
Ceyhun Əsgərov bildirib ki, o rayon mühitində işləyə bilmədiyi üçün bu addımı atıb: “Fikirləşdim ki, rayonda qalıb işləmək o qədər də uğurlu alınmır. Ailədən uzaqda yaşamaq bir qədər çətindir. Ona görə də bu addımı atdım. Amma işçilərlə də çox yaxşı münasibətlərimiz var”.
Qeyd edək ki, Ceyhun Əsgərov bu vəzifəyə ötən ilin mart ayında təyin edilib.

Oxşar yazılar

Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək niyyətindədir
19 may 2025 , 19:07
Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR
19 may 2025 , 17:59
"Avroviziya-2025": Böyük Britaniya yenə təəccübləndirdi...
19 may 2025 , 13:22
Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13