“Teatrın sağlamlığa təsiri böyükdür”
Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunan "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatıb. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Festivalın əhəmiyyətini yüksək qiymətləndirən tanınmış oftalmoloq alim, şair Paşa Qəlbinur gənclərə dəstək verib: “Bu gün bütün dünyada, sivil ölkələrdə teatra, kitaba, mütaliəyə olan maraq çox böyükdür, bu sahədə əməlli-başlı inkişaf var. Amma təəssüf hissi ilə deməliyəm ki, Azərbaycanda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. İnsanlar, xüsusilə də gənclər arasında teatra, mütaliəyə olan maraq xeyli zəifləyib. Ona görə də bu cür festivalları alqışlamaq lazımdır. Gənclərin teatra qarşı azalan sevgisini artırmaq, onları teatra cəlb etmək, həvəsləndirmək kimi gözəl bir missiyaya xidmət edir. Onu da deyim ki, bütün ziyalılar, müəllimlər, həkimlər, jurnalistlər-hər kəs bu festivala dəstək olmalıdır ki, estetik zövqün formalaşmasına müəyyən mənada köməkçi ola bilsinlər. Çünki festival milli teatr ənənələrinin yaşadılması kimi ideya daşıyıcısıdır”.
Alim teatrın, mütaliənin gənclər üçün xeyirli tərəflərindən söhbət açaraq bildirib ki, bununla bağlı geniş bir esse də yazıb: “Teatr, mütaliə həm də estetik zövqün formalaşması deməkdir. Bu zövqdən məhrum olmaq sağlamlıq baxımından mənfi təsirlərini mütləq şəkildə göstərir. Mən bu barədə bir esse də yazmışam, yaxın günlərdə işıq üzü görəcək. O esseni oxuyan hər kəs teatrın, mütaliənin insan sağlamlığında nə dərəcədə əhəmiyyətli rol oynadığının şahidi olacaq. Mən qabaqcadan bu barədə ətraflı məlumat vermək istəmirəm, essem çap olunsun, orda hər suala cavab tapacaqsınız. Bircə onu deyə bilərəm ki, xəyala gələn və gəlməyən elə məqamlar var ki, onların tibbi əhəmiyyəti çox böyükdür. Bununla bağlı apardığım tədqiqatlarımın nəticəsi həmin esse doğulub. O essedə teatrın kəsişdiyi nöqtələr və təbabətə də xüsusi yer ayrılıb”.
Teatrlara tez-tez getdiyini deyən Paşa Qəlbinur bildirib ki, mərhum sənətkar Rübabə Muradovadan bu yana “Leyli və Məcnun”da bütün Leylilərin çıxışını izləyib.
Paşa Qəlbinur ekologiya mövzusunda keçirilən festivalın ideyasına da münasibət bildirib: “Mən təbiət vurğunu olmaqla bərabər, həm də ekoloji tarazlığın pozulmasının hansı faciələrə gətirib çıxarıldığından xəbərdar olan insanam. Həmişə deyirəm ki, bu dünya bizim üçün bir akvariumdur, bu akvariumu zəhərləsək, özümüz də məhv olacağıq”.
Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

1197