İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti İlhamə Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bu barədə məlumatı Lent.az-a xalq artistinin prodüseri Lamiyə Ələkbərova deyib. Onun sözlərinə görə, İlhamə Quliyevanın bu gün əməliyyat olunması nəzərdə tutulsa da, həkimlər ona əməliyyatdan öncə bir gün xəstəxanada qalmağı tövsiyə edib: “Ona görə də ilkin olaraq, analizlər veriləcək. Həkimlər söylədilər ki, o, bir gün xəstəxanada qalmalıdır. Növbəti gün isə əməliyyata olunacaq. Çox güman ki, əməliyyat sabah olacaq”.
İlhamə Quliyeva əməliyyatdan öncə Lent.az-a açıqlamasında özünü gümrah hiss etdiyini deyib: “Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır”.
Qeyd edək ki, bu yaxınlarda 64 yaşını qeyd edən xalq artisti canlı efirdə ürək-damar sistemində problemlər olduğunu söyləyərək, əməliyyat olunacağını deyib.
Jalə

Oxşar yazılar

Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək niyyətindədir
19 may 2025 , 19:07
Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR
19 may 2025 , 17:59
"Avroviziya-2025": Böyük Britaniya yenə təəccübləndirdi...
19 may 2025 , 13:22
Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13