Xalq artisti və qızı Edinburqda
Görkəmli muğam ustadı, xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Böyük Britaniyanın Edinburq şəhərində qastrol səfərdədirlər. Bu barədə məlumatı Lent.az-a sənətkarın meneceri Səadət xanım bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, İngiltərədə olan sənətçilər burada konsert proqramı ilə çıxış ediblər. Hər il ənənəvi olaraq, Edinburqda keçirilən musiqi festivalında iştirak edən musiqiçilərimizin budəfəki proqramları daha zəng olub. Belə ki, builki festival 2012-ci il London Yay Olimpiya Oyunlarına həsr olunub.
Festivalda xanəndələrimiz bir neçə konsert proqramı ilə çıxış ediblər. Həmçinin 75 dəqiqəlik master klass keçiblər.
Bu gün isə xanəndələrimiz ayrı-ayrı şəhərlərdə daha iki konsert proqramı ilə çıxış edəcəklər. Konsertlərin biri 25, digəri isə 60 dəqiqə olacaq. Musiqiçilərimiz “ Sevgilim”, “Mahur”, “Dağların başı” və digər musiqiləri səsləndirəcəklər.
Xalq artistimiz və qızı sabah Bakıya dönəcək. Xanəndələrimizin növbəti səfərləri isə Polşaya olacaq.
Jalə

Oxşar yazılar

Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR
19 may 2025 , 17:59
"Avroviziya-2025": Böyük Britaniya yenə təəccübləndirdi...
19 may 2025 , 13:22
Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46