Arxeoloqlar Polşada qazıntılar zamanı 2000 illik qotik qəbiristanlıq aşkar ediblər.
Lent.az xəbər verir ki, bu barədə "Heritage Daily" məlumat yayıb.
Tədqiqat Kuyavian-Pomeranian Voevodeship ərazisindəki landşaft parkında aparılıb. Qəbiristanlığı ilk dəfə Stara Rzeka kəndi yaxınlığında ilkin tədqiqatlar zamanı bu yerin izlərini arxeoloq Olaf Popkiewicz aşkar edib.
Bundan sonra mütəxəssislər 250 kvadratmetr sahəni əhatə edən tam miqyaslı tədqiqata başlayıblar. Nəticədə onlar bu torpaqlarda qotların məskunlaşdığı eramızın 4-cü əsrinə aid 50 qədim məzar tapıblar.
Qeyd edək ki, qotlar Şərqi Alman yarımqrupunun qədim alman tayfaları birliyidir. Bu ittifaqa Şərqi Alman qotik dilində danışan alman tayfaları daxil idi. Bu etnik qrup Qərbi Roma İmperiyasının tənəzzülünə və orta əsrlər Avropasının başlanğıcına töhfə verib.
Qazıntılar zamanı arxeoloqlar yüksək statuslu çoxsaylı qəbir əşyaları tapıblar:
iki gümüş boyunbağı;
iki gümüş broş;
gümüş muncuqlardan bir boyunbağı;
ilan motivli zərgərlik;
qab.
Alimlər bildiriblər ki, onlar 2,4 hektardan çox olan ərazinin yalnız kiçik bir hissəsini tədqiq ediblər. Onlar bu qəbiristanlığın vəziyyətini nəzərə alaraq təcili yeni qazıntılara ehtiyac olduğunu iddia edirlər.
Qeyd olunur ki, ərazidə əvvəlki tədqiqatlar zamanı mütəxəssislər Osie kəndi yaxınlığında yerləşən qotik yaşayış məntəqəsi aşkar ediblər. Burada onlar eramızın 4-cü əsrinə aid obyektlərin yaxşı qorunmuş məkan düzülüşü tapıblar.