Yuxu rejimi insan xarakterinə necə təsir edir?
10 oktyabr 2023 09:09 (UTC +04:00)

Yuxu rejimi insan xarakterinə necə təsir edir?

Alimlər yuxu rejiminin insanın xarakterinə necə təsir etdiyini kəşf ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya və Estoniya universitetlərinin alimləri insanın xronotipinin onun xarakterinə təsirini öyrəniblər. Araşdırmalara görə, əksər hallarda yuxu rejimi insanın şəxsiyyəti ilə sıx əlaqəyə malikdir. 

Təcrübə nəticəsində məlum olub ki, yuxu üçün müəyyən vaxta üstünlük verilməsi insanın şəxsiyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

Gecələr aktiv olmağa üstünlük verən insanlar daha çox nizam-intizam və qeyri-trivial düşünmə meylləri nümayiş etdirirlər. Səhər və günortadan sonra oyaq qalmağa üstünlük verən erkən qalxanlar daha məsuliyyətli və vicdanlı olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3369
avatar

Arzu Qurbanlı

Oxşar yazılar